SİYASƏT
A- A A+

Ermənistan xarici işlər nazirinin son bəyanatı Azərbaycana qarşı təcavüz siyasətinin güclənməsini nümayiş etdirir

2019-01-04 09:05:07

.

Ötən ilin 30 dekabr tarixində Ermənistan xarici işlər nazirinin ölkəsinin cənub-qərbindəki hərbi hissələrindən birinə baş çəkərək söylədiyi “Biz diplomatların işi sizin qələbənizi davam etdirmək və Ermənistanın, Artsaxın və xalqımızın maraqlarını əks etdirəcək sülhü möhkəmləndirməkdir. . ..Ermənistan silahlı qüvvələri Ermənistan və Artsaxın təhlükəsizliyini təmin etmək iradəsinə və qətiyyətinə sahibdir” fikri Ermənistanın Azərbaycana qarşı təcavüzünü və 25 ildən artıqdır Azərbaycan ərazilərini işğal altında saxladığını aşkar şəkildə nümayiş etdirir. Bu illər ərzində beynəlxalq vasitəçilərin səyləri ilə münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycanın konstruktiv yanaşmasına rəğmən Ermənistan rəhbərliyinin gücdən istifadə etməklə qonşu ölkənin işğal etdikləri ərazilərində təhlükəsizliyin möhkəmləndirilməsindən bəhs etməsi işğalçı siyasətə haqq qazandırmaq və işğalın nəticələrini möhkəmləndirmək niyyətinin göstəricisidir.

Ermənistan xarici işlər nazirinin 2018-ci ilin 6 dekabr tarixində Milanda keçirilmiş görüş nəticəsində ATƏT Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən qəbul edilmiş birgə bəyanatın müddəaları ilə birbaşa ziddiyyət təşkil edən bu addımı Ermənistan rəhbərliyinin öz ölkəsinin əhalisini sülhə deyil, işğalçı siyasətin möhkəmləndirilməsinə hazırlamasından xəbər verir. Rəsmi Bakının hər zaman çıxış etdiyi əhalini sülhə hazırlamaq mövqeyi həmsədrlər tərəfindən tam olaraq dəstəklənir. Ermənistanın yeni siyasi rəhbərliyi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına məhəl qoymayaraq Azərbaycanı və beynəlxalq ictimaiyyəti yanıldacağını zənn edir. Ermənistanın özünün gələcəyi və dayanıqlı inkişafı üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması vacibdir.

Ermənistan xarici işlər nazirinin özünün də razılaşdırdığı 6 dekabr tarixli birgə bəyanatdan sonra, 26 dekabr tarixində Ermənistan və Azərbaycan silahı qüvvələrinin qarşıdurma xəttinə yaxın yerdə Azərbaycan SQ-nin nəzarəti altında olan ərazilərdə azərbaycanlı mülki şəxslər Ermənistan SQ tərəfindən atəşə tutulur və Ağdam rayonunun Baş Qərvənd kənd sakini yaralanır. Bunun ardınca 30 dekabr tarixində Ermənistanın xarici işlər naziri “silahlı qüvvələrinin qələbəsinin diplomatlar tərəfindən möhkəmləndirilməli olduğunu” söyləyir. Danışıqlar prosesi çərçivəsində hər zaman aqressiv ritorikanın azaldılması zərurətindən danışan Ermənistan rəhbərliyi xarici işlər nazirinin bu son bəyanatı ilə nəinki buna əməl etmir və əhalisini sülhə hazırlamır, əksinə, məhz özü aqressiv davranış nümayiş etdirir. Dağlıq Qarabağ, eləcə də Azərbaycanın hər bir yerində təhlükəsizlik və sabitlik bizim üçün vacibdir. Bu barədə ölkə rəhbərliyi səviyyəsində Azərbaycanın mövqeyi hər zaman bəyan edilib.

Münaqişənin həlli üzrə uzunmüddətli davam edən danışıqlar təcrübəsi onu göstərir ki, Ermənistan tərəfindən verilən vədlər və razılaşdırılan bəyanatlar kifayət etmir, bu işdə ən əsas məsələ verdiyin vədə və ya bəyanata uyğun davranmaqdır.(Trend)


Kateqoriya : SİYASƏT Baxış sayı : 455

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...