QHT və MEDİA
A- A A+

İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalı çapdan çıxdı

2019-01-03 21:35:20

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalı nəşr edilib

Aİİ-dən verilən məlumata görə, baş redaktoru İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan “Din araşdırmaları jurnalı”nın məqsədi ölkəmizdə və dünyada din araşdırmaları sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. İldə iki dəfə dərc olunacaq jurnalın ilk sayında 21 məqalə nəşr edilib. Din sosiologiyası, din psixologiyası, islam hüququ, təfsir, hədis, fəlsəfə, tarix və dilşünaslığa dair qələmə alınmış elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilmişdir. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.

Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.

Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış təhsil müəssisəsidir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə xüsusi əhəmiyyət verir. Qeyd edək ki, akademik nəşrlər hər bir ali təhsil müəssisəsinin elmi fəaliyyətinin əsas göstəricilərindəndir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur. Ümid edirik ki, Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalı elmi ictimaiyyətin marağını cəlb edəcək və öz sahəsində elmi təfəkkürün formalaşmasına mühüm töhfələr verəcəkdir.

Məlumat üçün bildiririk ki, İnstitutun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” kitabı çapdan çıxıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 424

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...