MÜSAHİBƏ
A- A A+

2018-ci ildə görülən işlər 2019-cu ildəki inkişafımız üçün yeni münbit əsaslar yaradıb

2019-01-03 17:20:18

.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza təbriki əslində 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı bir növ qısa hesabat idi. Təqdim olunan rəqəmlərdən və hesabatdan da göründüyü kimi, 2018-ci il xalqımız üçün bir sıra mühüm məsələlərlə bağlı əlamətdar olub. Yola saldığımız 2018-ci ili xarakterizə edən əsas cəhətlər onun sabit inkişaf ili kimi yadda qalması, bir sıra problemlərin həll edilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması və nəhayət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni münbit şərtlərin ortaya çıxması olub. Əgər biz bu qısa ümumiləşdirməni bir qədər dərindən təhlil etməyə çalışsaq görəcəyik ki, əldə etdiyimiz bu nailiyyətlər 2015-2017-ci illərdə ölkəmizdə həyata keçirilən konstitusion və institusional islahatlar sayəsində mümkün olmaqla 2018-ci ilin inkişaf şərtlərini formalaşdırıb. Yola saldığımız ilin aprel ayında keçirilən prezident seçkiləri və onun nəticələri isə reallaşdırılan islahatlara xalqın dəstəyinin ifadəsi olmaqla milli iradənin legitim əsaslar formalaşdıraraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun davam etdirilməsinin təminatçısı olub. Ona görə həm iqtisadi, həm də siyasi baxımdan heç də sadə olmayan beynəlxalq şərtlər içində Azərbaycan bu nailiyyətləri əldə edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, 2018-ci ildə Azərbaycanın həyata keçirdiyi bir sıra beynəlxalq layihələr başa çatıb və ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb. Bunlar, ilk növbədə, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində onun mühüm seqmenti olan TANAP-ın tikilib başa çatdırılması, eyni zamanda, ölkəmizin xaricdə ən böyük investisiyası hesab edilən “Star” neft emalı zavodunun açılışı olub. Bu layihələrin reallaşdırılması təkcə Azərbaycan üçün deyil, digər tərəfdaş ölkələr üçün də mühüm hadisəyə çevrilib, Avropanın enerji təhlükəsizliyi üçün mühüm alternativ kimi özünü təsdiq edib, eyni zamanda, Azərbaycan-Qərb münasibətlərində yeni etibarlı iqtisadi körpü rolunu oynamağa başlayıb. Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməklə hər iki tərəfin gücünü və nüfuzunu bir qədər də artırıb.

Hikmət Babaoğlu əlavə edib ki, yadda qalan əsas iqtisadi hadisələrdən biri də Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışı olub. Bu zavod Azərbaycanda qeyri-neft ixracının xüsusi çəkisinin xeyli dərəcədə artmasını təmin edib. Ölkəmizdə çoxsaylı sənaye məhəllələri və aqrar sənaye kompleksləri tikilib istifadəyə verilib. Üzümçülüyün, pambıqçılığın, baramaçılığın, şərabçılığın, tütünçülük sənayesinin inkişafı ilə bağlı olduqca böyük işlər görülüb. Bu işlər 2019-cu ildəki inkişafımız üçün yeni münbit əsaslar yaradıb ki, əslində bu da yeni ildə əldə edəcəyimiz uğurlar üçün baza rolunu oynayacaq. Sosial sahədə çox böyük işlər görülüb. Əhalinin aztəminatlı təbəqəsinin problemləri daim diqqət mərkəzində saxlanılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb və bu proses davam edir. Qaçqın və məcburi köçkün ailələrinə təkcə 2018-ci ildə 5800 mənzil verilib ki, bu da rekord göstərici hesab oluna bilər.

Deputat bildirib ki, yola saldığımız il Azərbaycanın beynəlxalq nüfuzunun artması ili kimi də səciyyələndirilə bilər. Beynəlxalq uğurlar sırasında, ilk növbədə, Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı Tərəfdaşlığın Prioritetləri sənədinin paraflanmasını qeyd etmək olar. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığının Avropa İttifaqına üzv olan dövlətlər tərəfindən bir daha dəstəklənməsi və qəbul edilməsi əksini tapıb. İkinci mühüm nailiyyət Xəzər dənizinin hüquqi statusu ilə bağlı hüquqi Konvensiyanın imzalanması sayıla bilər ki, bu da Azərbaycanın xarici siyasətini uzun illərdir məşğul edən məsələlərdən biri idi. Konvensiyanın imzalanması Xəzər hövzəsində qarşılıqlı inteqrasiyanın təmin edilməsi və mövcud resursların koordinasiyalı və səmərəli istifadə edilməsi baxımından olduqca mühümdür. Bu Konvensiya Xəzər hövzəsində yeni cəlbedici iqtisadi təmərküzləşmə yaradacaq ki, bu da turizm, mədəni və humanitar sahələrdə yeni inkişaf perspektivlərini formalaşdıracaq. Ən əsas məsələ isə heç şübhəsiz, işğalçı Ermənistanın küncə sıxışdırılması, erməni təxribatına qarşı bir neçə uğurlu hərbi əməliyyatın keçirilməsi oldu ki, bu da 2019-cu ildə problemin həllinə yeni fəal impulslar daxil etdi. Ona görə də 2018-ci ilə müxtəlif aspektlərdən baxanda olduqca uğurlu bir il kimi yadda qaldı.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 157

QHT və MEDİA

2019-03-20 12:10:55

QHT və MEDİA
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət v...

2019-03-19 10:05:59

QHT və MEDİA
Şura yeni elektron xidmətlə bağlı məluma...
Şura yeni elektron xidmətlə bağlı məluma...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...

2019-03-18 08:35:58

İQTİSADİ
Azərbaycan üzərindən keçən tranzit layih...
Azərbaycan üzərindən keçən tranzit layih...

Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl...