SOSİAL
A- A A+

Birinci-vitse prezident DTX-nın hərbi hissəsindəki bayram tədbirində

2019-01-01 10:50:39

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

Fact-info.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini təbrik edib, Vətənin müdafiəsi kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar arzulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə inkişaf edərək daha da qüdrətlənir.

Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın möhtəşəm uğurlara nail olduğunu qeyd edən Xidmət rəisi dövlətimiz tərəfindən görülən tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyətinin, Silahlı Qüvvələrin hərbi-texniki potensialının durmadan möhkəmləndiyini, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına yüksəldiyini diqqətə çatdırıb. Mədət Quliyev Prezident İlham Əliyevi bir daha əmin edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Ali Baş Komandanın hər bir əmr və göstərişlərini bundan sonra da yüksək peşəkarlıqla, əzmlə və dərhal yerinə yetirəcək.

Sonra DTX-nin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı olub. Sonda hərbi hissənin xidmətdə fərqlənmiş əsgərləri mükafatlandırılıb.

Həmçinin hərbi tədrisdə yüksək nəticələr əldə etmiş əsgərlərin valideynlərinə, o cümlədən əsgər Heydər Əliyevin valideyni birinci xanım Mehriban Əliyevaya təşəkkür məktubu təqdim olunub.


Kateqoriya : SOSİAL Baxış sayı : 447

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...