SİYASƏT
A- A A+

"2018-ci ildəki nailiyyətlər 2019-cu ilin daha da uğurlu olacağına zəmin yaradır"

2018-12-31 14:30:55

2018-ci ili həm dünya, həm də ölkəmiz üçün fəal və bir çox hadisələrlə yadda qalan bir il kimi səciyyələndirmək olar. Bu il ərzində həm xarici siyasət, həm daxili siyasət, həm də enerji, nəqliyyat və digər layihələrin həyata keçirilməsi baxımından önəmli bir il oldu

Cari ildə əldə olunan nailiyyətlərlə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Azərbaycanda 2018-ci ilin ən yaddaqalan hadisəsi cənab İlham Əliyevin yenidən xalq tərəfindən Prezident seçilməsi oldu.

S.Seyidov qeyd edib ki, bunu ilin ən vacib hadisəsi kimi qiymətləndirmək lazımdır: "Ona görə ki, bütün başqa uğurlar bundan irəli gələn uğurlardır. Xalq öz etimadını, öz səsini, öz münasibətini cənab Prezidentə bildirib və təbii ki, cənab Prezident də xalqa arxalanaraq öz işlərini yüksək səviyyədə görüb. Təbii ki, həm daxili, həm də xarici siyasətdə Azərbaycanın uğurları həddindən artıq çox olub. Son günlərə qədər müsbət hadisələrin şahidi olmuşuq. Ümumi götürdükdə bu il ərzində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələnin yenidən Avropa Parlamentinin qətnaməsinə salınması, Xəzər dənizinin statusunun müəyyən olunması və ümumiyyətlə, yüksək səviyyədə xarici səfərlərin həyata keçirilməsi, o cümlədən xarici ölkələrinin prezidentlərinin, baş nazirlərinin, nümayəndə heyətlərinin Azərbaycana gəlişi, Azərbaycanda beynəlxalq forumların keçirilməsi, TAP, TANAP layihələri ilə bağlı həyata keçirilən işlər, SOCAR-ın Türkiyədə yeni "STAR" zavodunun açılması və digər bu kimi məsələlər ona dəlalət edir ki, 2018-ci il çox uğurlu ildir. Bütün bunlar bir uğur tarixidir".

Milli Məclisin komitə sədri vurğulayıb ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri baxımından da bu il çox uğuru oldu: "İl ərzində Azərbaycanın Türkiyə, Gürcüstan, İran və Rusiya ilə münasibətləri daha da inkişaf etdi və Ermənistanın bu mehriban qonşuluq münasibətlərinə zidd davranışlarının dünyaya çatdırılması ona gətirib çıxardı ki, Azərbaycan daxil olmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən daha çox simpatiya və xoş münasibət qazandı, nəinki təşkilatın üzvü olan Ermənistan. Bu münasibət də ona görə qazanılıb ki, Azərbaycanın bu qonşuluq fəlsəfəsi həmin təşkilata da təsirini göstərib".

Onun fikrincə, təhlükəsizlik baxımından da Azərbaycan üçün bu il əhəmiyyətli oldu: "ABŞ və Rusiya generallarının görüş məkanı kimi Azərbaycanı seçməsi, Azərbaycan-Türkiyə birgə hərbi paradının keçirilməsi, ordumuzun daha da güclənməsi kimi məsələlər də xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar, əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin həllinə də öz təsirini göstərir. Proseslərin gedişatı onu göstərir ki, Azərbaycan nə müharibədən, nə sülhdən çəkinir, lakin Ermənistan həm müharibədən, həm də sülhdən qorxur. Bu özü Ermənistanın siyasətinin laxladılmasına dəlalət edir. Azərbaycanın fəaliyyəti nəticəsində Ermənistanda bir rejim artıq süquta uğradı. İndi onlar Azərbaycanla münasibət qurmağın vacibliyini anlasalar, ola bilsin ki, hansısa çıxış yolu tapa bilərlər".

S.Seyidov əlavə edib ki, yuxarıda sadalanan və sadalanmayan çox sayda nailiyyətlər kontekstində 2018-ci il ölkəmiz üçün olduqca uğurlu oldu və bu, 2019-cu ilin daha da uğurlu olacağına zəmin yaradır.


Kateqoriya : SİYASƏT Baxış sayı : 469

QHT və MEDİA

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...