SOSİAL
A- A A+

Pirallahıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib

2018-12-29 19:25:08

.

Bayram tədbiri Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş “Uşaq Parkı”nda təşkil olunmuşdur. Parkın açılışında Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, rayon sakinləri iştirak etdilər. Xüsusi tərtibatla bəzədilmiş “Uşaq Parkı”nda bayram əhval-ruhiyyəsi hökm sürürdü. Uşaq parkının ətrafında şahmatçılar üçün dama lövhəsi düzəldilmişdir.

İştirakçıları salamlayan RİH-nin başçısı Vasif İmanov qeyd etdi ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi 2018-ci ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Diqqətə çatdırıldı ki, 11 aprel 2018-ci il tarixində ölkəmizdə keçirilən prezident seçkilərində rayonumuzda yüksək fəallıq müşahidə olundu. Belə ki, seçicilər səsvermədə mütəşəkkil iştirak etmişlər. 13 saylı Xəzər–Pirallahı seçki dairəsi üzrə 48759 seçicidən 35042 nəfəri (71.87% faiz) səsvermədə iştirak etmişdir.

Məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmamışdır. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bildirildi ki, bu il ölkəmizdə 50-dən çox ölkənin sabiq dövlət və hökumət başçısının iştirak etdiyi VI Bakı Qlobal Forumu keçirilmişdir. Həmçinin, mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi, iyunun 12-də Türkiyədə TANAP qaz kəmərinin istifadəyə verilməsi, sentyabrın 26-da “Azerspace-2” peykinin orbitə buraxılması, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər, iyunun 26-da Silahlı Qüvvələrimizin yaradılmasının, sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlar barədə də məlumatlar verildi. Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edən V.İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə etdi. V.İmanov arxada qalan 2018-ci ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibəti ilə təbrik etdi.

Daha sonra rayonun ictimai həyatında və mədəni-kütləvi tədbirlərin keçirilməsində fərqlənən bir qrup şəxs Fəxri Fərmanlarla təltif edildilər. Yüzlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri əməkdar artistlər Elza Seyidcahan və Əli Dünyanın konsert proqramı ilə davam etdi.

Sonra şaxta baba, qar qız və nağıl qəhrəmanları uşaqları, parkda keçirilən şahmat və karate idman yarışları üzrə qalibləri bayram sovqatları ilə sevindirdilər.


Kateqoriya : SOSİAL Baxış sayı : 403

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...