CƏMİYYƏT
A- A A+

Amerikalı ekspert Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi haqqında yazıb

2015-08-20 11:55:09

Amerikalı ekspert Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi haqqında yazıb Amerikada çıxan “IJ Review” jurnalında “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin sabiq baş redaktoru Maayan Caffenin məqaləsi dərc edilib

Məqalədə ABŞ Administrasiyasına ünvanlanmış bir çağırış – ABŞ-ın Qafqazdakı müttəfiqi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək vermək çağırışı əks olunur. 

Müəllif yazır ki, ABŞ rəhbərliyi, o cümlədən Ağ Ev və Konqres ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyir və son bir il ərzində Ukraynada davam edən münaqişə ilə əlaqədar rəsmi Kiyevi bu cür dəstəklədiklərini bildiriblər. 

Müəllif qeyd edir ki, 2012-ci ildə ABŞ-ın dəstəyi ilə BMT Abxaziyada və Cənubi Osetiyada separatçıları tanımaqdan imtina edərək Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Xanım Caffe vurğulayır ki, Konqres postsovet məkanında separatçı münaqişələr barəsində ardıcıl siyasət yürütməlidir.

Müəllif daha sonra qeyd edir ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bu torpaqlarda etnik təmizləmə aparıb. Ekspert 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması və 1920-ci ildə Azərbaycanın “Qırmızı Ordu” tərəfindən işğal edilməsi barədə məlumat verərək qeyd edir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib. 

M. Caffe yazır ki, Amerika həmişə Azərbaycanın dostu olub. Azərbaycan Avropa ilə ABŞ ilə tərəfdaşlığı davam etdirir, enerji resursları ilə təchizatın şaxələndirilməsi yolu ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir.(AZƏRTAC)
Sonda M. Caffe yazır ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq şəkildə həll edilməldir.

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1149

QHT və MEDİA

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

2019-09-13 08:15:56

QHT və MEDİA
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...

Ailənin başçısı Salman Abbasov, onun həyat yoldaşı Bəsti, oğlanları Mərkəz və...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...

2019-09-07 08:05:53

İQTİSADİ
Strateji yol xəritələrinin icra vəziyyət...
Strateji yol xəritələrinin icra vəziyyət...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji yo...