İQTİSADİ
A- A A+

SOCAR nanohissəciklərin istehsalına başlayıb

2018-12-28 11:50:05

SOCAR-ın öz imkanları ilə istehsal edilən nanohissəciklər istehsalat proseslərində səmərəliliyi artıracaq və idxalı əvəzləyəcək

Fact-info.az-a verilən məlumata görə, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda nanohissəciklər istehsal edən avadanlığın istismara verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Bəhram Hüseynov və Yaşar Lətifov, yeni avadanlığın hazırlanması layihəsində SOCAR-ın tərəfdaşı olan Rusiyanın “Rostovıye Texnologiyi” şirkətinin baş direktoru Pavel Fyodorov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun və “Nanotexnologiyalar” Departamentinin rəhbərliyi iştirak etmişdir.

SOCAR-ın Baş ofisinin “Nanotexnologiyalar” Departamenti 2016-2020-ci illər üçün “Nanoneft” proqramı çərçivəsində növbəti illərdə nanotexnologiyaların tətbiq istiqamətlərinin və coğrafiyasının daha da genişləndirilməsini, bununla bağlı istifadə ediləcək metal nanohissəciklərin miqdarının xeyli artacağını nəzərə alaraq, Rusiyanın “Rostovıye Texnologiyi” şirkəti ilə birgə nanohissəciklər istehsal edən yeni avadanlıq layihələndirmiş, eyni zamanda avadanlıq üçün elektrik partlayışı üsuluna əsaslanan istehsal texnologiyası işləmişdir. “Neftqazelmitədqiqatlayihə” İnstitutunda quraşdırılan bu avadanlıg müxtəlif ölçülü metal nanohissəciklərini istehsal etməyə imkan verir. Texnoloji proses zərərli kimyəvi maddələrdən istifadə etmədən az miqdarda inert qaz sərf etməklə qapalı şəraitdə aparılır. Yeni avadanlıqda xüsusi səth sahəsi 25-30 m2/qr olan, 20-100 nm ölçülü müxtəlif metalların nanohissəcikləri istehsal ediləcəkdir. Əldə edilən nanohissəciklər daha sonra qazma, hasilat və digər istehsalat proseslərinin səmərəsini artırmaq üçün nanosistemlərin hazırlanmasında istifadə olunacaqdır.

SOCAR-ın birinci vitse prezidenti, akademik Xoşbəxt Yusifzadə demişdir: “İki illik əməyin nəticəsi olan, metal və qeyri-metal nanohissəcikləri istehsal edən avadanlığın istismara verilməsi bu sahədə çəkilən xərclərin azaldılması və xaricdən asılılığın aradan qaldırılmasına xidmət edir. Bu avadanlığın məhsulundan gələcəkdə ölkə daxilində digər qurumlar da istifadə edə bilərlər”.

Qeyd edək ki, SOCAR-ın Baş ofisinin “Nanotexnologiyalar” Departamenti neft-qaz sənayesində nanotexnologiyaların işlənməsi, tədqiqi və tətbiqi ilə məşğuldur. Departamentdə işlənmiş metal nanohissəciklər əsaslı nanosistemlər hasilat, qazma, neftin nəqli, neft-kimya və ekologiyada tətbiq olunur.

Toğrul

Fact-info.az


Kateqoriya : İQTİSADİ Baxış sayı : 570

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...