QHT və MEDİA
A- A A+

Şura yeni qrant müsabiqəsi elan etdi

2018-12-28 10:15:25

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın yeni elektron xidmətlərinin tətbiqi, qrant müsabiqəsinin keçirilməsi Qaydalarına dəyişikliklər, QHT resurs və təlim mərkəzləri üçün müsabiqə elanı və səfər qrantı ilə bağlı müsabiqə elanı barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

Azay Quliyev cənab prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, Şuranın həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək, fəaliyyətində şəffaflıq və aşkarlıq əmsalını daha da artırmaq məqsədilə 2019-cu ildən 13 istiqamət üzrə yeni elektron xidmətin və proqramın tətbiqinin nəzərdə tutulduğunu bildirib.

Şura üzvləri Rufiz Qonaqov, Emin Həsənli, Anar Xəlilov, Şahin İsmayılov, Zakir Hacıyev və Sahib Məmmədov çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər. Müzakirələrdən sonra gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Hər iki müsabiqə elanını mətni Şuranın csssn.gov.az və qhtxeber.az saytına yerləşdiriləcək.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 218

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...