SOSİAL
A- A A+

“Azərxalça”nın təşkil etdiyi növbəti tədris-hazırlıq kursları başa çatıb

2018-12-28 10:05:05

Son illər ölkəmizdə xalçaçılığın inkişafına göstərilən böyük qayğının nəticəsidir ki, respublikamızın bölgələrində xalça istehsalı emalatxanaları yaradılır

Belə emalatxanaları yaratmaq, onları xammalla təmin etmək işin bir tərəfi, digər mühüm bir istiqamət isə kadr hazırlığıdır. Toxucu kadrların hazırlanması üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil edir. “Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu kurslara indiyədək iki mindən çox toxucu cəlb olunub. Füzuli, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax və Ağdam rayonlarında 2016-2017-ci illərdə yaradılan filialların fəaliyyətinin təmin edilməsi məqsədilə tədris-hazırlıq kursları təşkil olunub. Həmin kursları bitirən minə yaxın toxucuya sertifikat verilərək “Azərxalça”nın filiallarında işlə təmin ediliblər.

“Azərxalça”nın bu il yaradılan daha 10 filialında çalışacaq toxucular da tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Builki kurslara da min nəfərdən çox toxucu cəlb edilib. Artıq onların əksəriyyəti sertifikat alaraq ASC-nin filiallarında fəaliyyətə başlayıblar. Kurslara cəlb edilən toxucuların əksəriyyəti gənclərdir. Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib və önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır.

Toxucular bu tədris-hazırlıq kurslarının təşkilindən olduqca razıdırlar. Kürdəmirdəki tədris-hazırlıq kursunda iştirak edən rayonun Şilyan kənd sakini Hürü Hacıyeva deyir ki, onların kəndində qədim vaxtlardan xalça toxunub. Odur ki, kənddəki qadınların çoxu xalça toxumağı bacarır. Ancaq kursda iştirak etdikdən sonra görüblər ki, bu sənətin sirlərinin çoxundan onlar xəbərdar deyilmiş: “Tədris-hazırlıq kursunda bizə təkcə xalça toxumağı öyrətməyiblər. Uzun illərdir Şilyanda xalça toxusaq da, biz öz kəndimizin belə, xalçaçılıq tarixi haqqında müfəssəl məlumata malik deyildik. Yəni, demək istədiyim odur ki, kursda biz xalça toxumaqla yanaşı, həm də xalçaçılıq tariximizi öyrənmişik”. Qobustanda təşkil olunan tədris-hazırlıq kursunu bitirən Şövkət Cəfərova da öz fikirləri bölüşüb. O deyib: “Şirvan bölgəsi Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Mənim yaşadığım Qobustan şəhərində, dədə-baba yurdumuz olan Çalov və Cəyirli kəndlərində həmişə gözəl xalçalar toxunub. Son vaxtlar xalçaçılığa marağın azalması bu sənətin az qala unudulmasına gətirib çıxarmışdı. Yaşlı nəsil artıq xalça toxumur, gənclər isə öyrənmirdi. Qobustan şəhərində xalça fabrikinin yaradılması qədim el sənətimizi özümüzə qaytardı. Burada təşkil olunan kursda bizimlə bərabər onlarla gənc xalça toxumağı öyrənib. Bu da o deməkdir ki, xalçaçılıq sənəti yaşadılacaq, gələcək nəsillərə ötürüləcək. Xalçaçılığa göstərdiyi böyük qayğıya, bizi iş yerləri ilə təmin etdiyinə görə ölkə rəhbərimizə dərin minnətdarlığımızı bildiririk”.

“Azərxalça”nın tədris-hazırlıq kurslarında gənclər xalça toxumağı öyrənməkdən çox məmnundurlar. Cəmiyyətin Şabran rayonunda təşkil etdiyi kursun gənc iştirakçısı Rəhimə Əmirova xalça toxumağı ilk dəfə burada öyrəndiyini deyib: “Əksər kurs yoldaşlarım kimi, mən də xalça toxumağı ilk dəfə burada öyrənmişəm. Doğrudur, kursa gələn elə gənclər var idi ki, onlar hələ yeniyetmə vaxtlarından xalça toxumağa başlayıblar. Xalça toxumağı analarından, nənələrindən öyrəniblər. Ancaq onlar etiraf edirlər ki, bu kursda xalça toxumağı yenidən kəşf ediblər, xalçaçılığın sirlərinə daha dərindən yiyələniblər. Bilirdik ki, kursu uğurla başa vursaq, sertifikat alacağıq və Şabrandakı emalatxanada işlə təmin olunacağıq. Tədris-hazırlıq kursunun “Azərxalça”nın böyük iş təcrübəsinə malik, peşəkar xalçaçıları tərəfindən aparılması bizim bu sənətin sirlərini daha tez öyrənməyimizin əsas səbəblərindən biridir. Budur, artıq kurs başa çatıb, sertifikat almışıq və bizi Şabrandakı xalça fabrikində işlə təmin ediblər”.

Qeyd edək ki, tədris-hazırlıq kursları hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilir. Növbəti kurslar da artıq başa çatıb. Bu kurslar öz nəticəsini verir. Kursları bitirərək “Azərxalça”nın filiallarında çalışan qadınlar peşəkarlığı ilə seçilir, gözəl xalçalar toxuyurlar.


Kateqoriya : SOSİAL Baxış sayı : 212

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...