MÜSAHİBƏ
A- A A+

Teleaparıcı Evelina Zakamskaya: İlham Əliyev gələcəyə inamla baxır

2018-12-28 09:25:26

.

“Rossiya 24” kanalında “Mnenie” proqramının müəllifi və aparıcısı Evelina Zakamskaya “Moskva-Bakı” portalının müxbirinə Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətindən, onun ailəsi ilə çoxillik dostluğundan və Yeni il ərəfəsində Bakının gözəlliyindən bəhs edib. Xatırladaq ki, Bakıda dünyaya gələn Evelina Azərbaycan paytaxtını həmişə səmimi sözlərlə xatırlayır.

-Siz Azərbaycan Prezidentindən beşinci dəfə müsahibə aldınız. Söhbətiniz necə keçdi? İlham Əliyev sizin ilk görüşünüzdən sonra dəyişibmi?

- Budəfəki görüşümüzün əvvəlində Prezident qeyd etdi ki, biz artıq on ildir tanışıq. Mən ondan ilk müsahibəni məhz 2009-cu ildə götürmüşdüm. Mənə çox xoş idi ki, İlham Heydər oğlu buna diqqət yetirdi (gülümsəyir). Həm zahirən, həm də ünsiyyət baxımından o, heç dəyişməyib. O, həmişə müsahibəyə ciddi və işgüzar tərzdə yanaşır. Axı, bu müsahibə bütöv bir ölkənin taleyüklü məsələləri və onun dünya arenasında mövqeyi ilə bağlıdır.

-Kadr arxasında nədən söhbət etdiniz?

-Deməliyəm ki, çəkilişin başa çatmasından sonra İlham Heydər oğlu yerindən qalxmağa tələsmir və biz sadəcə şəxsi və mücərrəd mövzular ətrafında söhbət edirik. Ailə, əhval-ruhiyyə, Bakının havası haqqında...

-İlham Heydər oğlu Sizə öz ailəsindən bəhs etdi?

-Bir az. Onun ümumi əhval-ruhiyyəsindən söz düşdükdə, mənə aydın oldu ki, dövlət başçısı kimi şəxsi və ictimai məsələlər onun üçün bir vəhdət təşkil edir. Ölkədə baş verənlər onun şəxsi həyatında da təzahürünü tapır. Bu dəfə mənə elə gəldi ki, Prezident çox sakit və özünəinamlıdır. Onda gələcəyə inam var və əmindir ki, bu gün Azərbaycanda bütün işlər düzgün istiqamətdə davam edir. Dövlət başçısı bir an belə tərəddüd etmirsə, bu, həmin ölkənin bütün vətəndaşları üçün bu çox mühüm əlamətdir.

- Siz Prezidentin ailəsi ilə tanışsınız?

- Mən birinci xanım Mehriban Əliyeva ilə tanışam. Mənə, həmçinin ondan iki dəfə müsahibə almaq nəsib olub. Tədbirlərin birində Prezidentin qızı Leyla xanımla da tanış olmuşam. Əliyevlər ailəsinin bütün üzvləri ictimai fəaliyyətlə məşğul olmaq istedadına malikdirlər və onlar bu işin öhdəsindən layiqincə gəlirlər.

- Rusiya-Azərbaycan münasibətlərində hansı yeniliklərdən danışdınız?

- Bilirsiniz, belə məqamlarda deyirlər ki, radikal xəbərlərin olmaması yaxşı əlamət sayılır (gülümsəyir). Dünyanın dəyişən informasiya və siyasi mənzərəsinə rəğmən ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişafından danışdıq. Prezidentlərimiz arasında etimad qorunub saxlanılır. Axı, dünyanın taleyi real şəxsiyyətlərin əlindədir! İnsanların bir-birinə inamının güclənərək siyasi etimada çevrilməsi çox vacibdir. Biz Rusiya ilə Azərbaycan arasında inteqrasiyadan və iqtisadi proseslərdən, turizm istiqamətində əməkdaşlıqdan danışdıq. Axı, Bakıya turist axınının böyük bir hissəsini məhz Rusiyadan gələnlər təşkil edirlər...

-Bunun kökündə ölkələrimiz arasında tarixi əlaqələr dayanır....

-Bəli, lakin təkcə onlar deyil...Ən başlıca aspekt, Prezidentin də söylədiyi kimi, ölkələrimiz arasında dil əngəlinin olmamasıdır. Bu gün Azərbaycanda rus dilinin mövqelərinin qorunub saxlanılmasına çox böyük dıqqət yetirilir. Bu, bir bakılı kimi məni sevindirməyə bilməz! Əlbəttə, bu amil əlaqələrimizi də möhkəmləndirir. Dünyanın ən geniş yayılmış dillərindən biri və beynəlxalq ünsiyyət vasitəsi olan rus dilini bilmək təhsil, mədəniyyət və elm məkanını genişləndirməyə imkan verir.

-Prezident Azərbaycanda ilin yekunlarından ətraflı bəhs edib....

- Yəqin ki, bu il əldə olunan ən əsas nəticələrdən biri Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının ardıcıl şəkildə azaldılması və onun şaxələndirilməsidir. O, müəyyən nəticələrin əldə olunduğu və real addımların atıldığı bir sıra inkişaf edən sahələri ayrıca qeyd etdi. Azərbaycan bir neçə il əvvəl seçdiyi yolla irəliləməkdə davam edir və seçilmiş bu xəttə sadiqdir. Bu gün dünya neft bazarında baş verən hadisələr göstərir ki, bu, doğru seçimdir. Qeyri-neft sektorunun inkişafı sahəsində, xüsusən kiçik və orta sahibkarlığın dəstəklənməsində ölkənin diqqəti yenidən Rusiya və Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq məkanına yönəlib.

- Prezidentlə müsahibələrinizin birində şaftalı rəngində don seçmişdiniz. Bu dəfə isə daha açıqrəngli geyimdə idiniz. Siz daha ciddi görünmək istəyirdiniz?

- Yox, hər şey çox sadədir. Bu mənim saçdüzümüm ilə bağlıdır, o vaxtlar saçlarım uzun idi və həmin rəng onlara yumşaq və romantik çalar qatırdı. Həmin müsahibə 9 may ərəfəsində, bahar fəslində və ona uyğun əhval-ruhiyyədə götürülmüşdü. İndi saçlarım qısadır - ənənəvi kare saçdüzümü. Yeri gəlmişkən, Prezident də buna diqqət yetirdi və dedi ki, məni ilk dəfə gördüyündə də saçdüzümüm belə idi. Geyim tərzim qış mövsümü və buna uyğun əhval-ruhiyyə ilə əlaqədardır. Hər halda, komplimentlər keçən dəfəkindən az olmadı. Çox xoşdur ki, Azərbaycanda qadınların xoşuna gələcək komplimentlər söyləyən nəzakətli kişilərə həmişə rast gəlmək olur.

-Siz Bakıdan bu günlərdə qayıtmısınız. Orada bayramqabağı ab-hava necədir? Paytaxtda gəzintiyə çıxdınızmı?

- Bu səfər bizim çəkiliş qrupu üçün xüsusi səmimi şəraitdə keçdi. Azərbaycanda həmişə bizi çox səmimi qarşılayırlar. Bu, artıq ənənə halını alıb. Bu dəfə Prezident Administrasiyası ilə kadr arxasında ünsiyyət vaxtı biz artıq bir ailə olduğumuzu söyləyirdik. Bu, mənim üçün çox əzizdir, çünki Bakı mənim doğma şəhərimdir və oraya getməyi çox sevirəm. Hər dəfə gəldiyimdə, sürücüdən xahiş edirəm ki, Çapayev - indiki Təbriz küçəsində mənim yaşadığım evin yaxınlığından keçsin. İndi həmin ev yoxdur, onun yerində böyük çoxmərtəbəli yeni bina tikiblər, lakin ətrafında köhnə evlər qalır. Ona görə də doğma yerləri asanlıqla tanıyıram. Moskvadan isti olmağına və bəzən yağış yağmasına baxmayaraq, Bakıda Yeni il əhval-ruhiyyəsi çox yüksəkdir. Bakının işıqlı səması qarın yoxluğunu hiss etdirmir. Küçələr gözəl bəzədilib, şəhər bayramı qarşılamağa hazırlaşır. Azərbaycanın Şaxta babasının olması məni çox sevindirir. Bu, Santa-Klaus deyil, məhz Şaxta babadır. O, eynilə mənim uşaqlıq illərimdə olduğu kimidir! Mən bütün bakılılara, Azərbaycanın hər bir vətəndaşına xoşbəxt Yeni il arzulayıram!


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 492

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...