QHT və MEDİA
A- A A+

QHT-lərə Dövlət Dəstəyi Şurasının inkişaf yolu

2018-12-27 21:00:37

.

Ümummilli Liderimiz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikasında demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən müdrik siyasət idarəetmənin dövlət tənzimlənməsi ilə yanaşı, vətəndaş cəmiyyətinin formalaşması sahəsində də əhəmiyyətli addımların artırılması ilə müşayiət olunur.

Müasir həyatın, dövlətlərin və xalqların inkişafının vacib atributlarından biri olan vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının rolunun gücləndirilməsi də məhz Ümummilli Liderimizin uzaqgörən siyasətinin bəhrəsidir. Ulu Öndər Heydər Əliyev qeyri-hökumət təşkilatlarının sağlam, konstruktiv fəaliyyət göstərmələri üçün dövlət tərəfindən zəruri addımların atılmasına xüsusi qayğı və diqqət göstərirdi. Son illərdə Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla vətəndaş cəmiyyəti institutlarının sürətli inkişafına zəmin yaradılmış, ictimai birlik və təşkilatlara dövlət dəstəyinin prioritet istiqamətləri müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2007-ci il tarixli sərəncamında qeyd olunur ki, Azərbaycanda son illər müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsini, demokratiyanın dərinləşdirilməsini, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqini zəruri edir.

Azərbacyan Respublikasının vətəndaşları olaraq bizim hər birimiz vətəndaş cəmiyyətinin formalaşmasında, hüquqi, demokratik dövlətimizin sosial-iqtisadi inkişafında iştirak etməli, bu inkişafa öz töhfəmizi verməyə çalışmalıyıq.

QHT-lərə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi, azərbaycançılıq ideyasının təşviq olunması, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi işini həyata keçirir.

Bundan başqa, bu təşkilat siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, vətəndaşların hüquqi biliklərinin inkişaf etdirilməsi, insan, hüquq və azadlıqlarının təmin edilməsi, söz, fikir və ifadə azadlığının genişlənməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, təhsil, elm texnika, mədəniyyətin və incəsənətin inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi, uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı, əhalinin sağlamlığının qorunması və digər dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş məqsədli proqram, layihə və tədbirlərin dövlət tərəfindən maliyyələşməsini təmin edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının haqqında imzalanan fərman və sərəncamların həyata keçirilməsində yüksək əməyi olan Milli Məclisin deputatı Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının göstərdiyi xidmətlərin keyfiyyətinin, QHT-lərin hesabatlıq vəziyyətinin və yeni elektron xidmətlərinin müzakirəsinə dair ictimai dinləmə keçirib. 500-dən çox QHT və media nümayəndəsinin iştirak etdiyi toplantıda Azay Quliyev ictimai dinləmənin keçirilmə səbəbləri haqda fikirlərini açıqlayıb. Şura sədri bildirib ki, belə geniş təqdimatın keçirilməsinin bir çox vacib və əhəmiyyətli səbəbləri var. Bunlardan biri, Şuranın 2019-cu ildən etibarən tətbiq edəcəyi yenilikləri təqdim etməkdir. Belə ki, Şuranın həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə hazırladığı proqramlar, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq təqdim edilib.

İctimai dinləmənin keçirilməsinin ikinci mühüm səbəbi QHT- lərin hesabatlıq vəziyyətini müzakirə etməkdir. Azay Quliyev xüsusi vurğulayıb ki, Şuranın qəbul etdiyi qərarların QHT-lər tərəfindən daha geniş şəkildə mübahisələndirməsinə imkan yaradılması, QHT-lərin həmin layihələrin vacibliyi, ictimai əhəmiyyəti və effektivliyi barədə fikir və rəylərini öyrənmək və gələcək qərar qəbulu zamanı nəzərə almaqdır. Bu məqsədlə ictimai dinləmə xüsusi önəm daşıyır və QHT təmsilçilərinin fikirləri əhəmiyyətlidir.

İctimai dinləmənin keçirilməsinin üçüncü mühüm səbəbi Şuranın göstərdiyi xidmətlərin keyfiyyətini müzakirə etməkdir. Bəllidir ki, ilk dəfə tətbiq olunan bu proqram və elektron xidmətlərin həm də böyük ictimai əhəmiyyəti var. “Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi”, “Müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti”, “QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi”, “Konsultativ dəstək üzrə onlayn xidmət”, “Apelyasiya komissiyasının iclasında onlayn iştirak” proqram və elektron xidmətləri ilk dəfə tətbiq olunacaqlar.

İlk dəfə tətbiq olunan bu elektron xidmət və proqramlar, Şura fəaliyyətində şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında kommunikasiyanı daha rahat və asan edir, vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, Şuranın qərar qəbuletmə prosesində vətəndaşların bilavasitə iştirakı, ictimai nəzarət və ictimai iştirakçılığın təmin edilməsini daha da açıq nümayiş etdirir. Burada qeyd olunmalı vacib məqam, yenilik, QHT layihələrinin idarəedilməsi və hesabatların (təsviri və maliyyə) qəbulunun yeni tətbiqlərdən sonra tamamilə elektronlaşdırılması və acıq, vahid baza üzərindən aparılmasıdır..

QHT innovasiya.az saytının yaradılmasında məqsəd QHT layihələrində ideya qıtlığı və problemlərin həllinə bəsit yanaşmaların ardan qaldırılması, QHT sektorunun artan tələbatını qarşılamaq, mövcud çağırışlara cavab vermək, Azərbaycanın milli maraqlarını ölkə daxilində və xaricində yüksək səviyyədə təmsil etmək məqsədilə mövcud kadrların potensialını səfərbər etmək və yeni kadr hazırlığını həyata keçirmək, QHT sektorunda çalışan və ya çalışmaq istəyən çoxsaylı könüllülər haqqında məlumat bazasını hazırlamaq və onları vətəndaş cəmiyyətinin inkişafına və dövlət quruculuğu prosesinə yaxından cəlb etməkdən ibarətdir. Saytın strukturu əsasən İdeya bankı,Kadr bankı, Könüllü bankı, Ekspert bankı və Təlim Bankı bölmələrindən ibarət olacaq.

Şura tərəfindən təkilfi oluna növbəti yenilik, QHT təmsilçilərinin, vətəndaşların Apelyasiya komissiyasının iclasında onlayn iştirak imkanını yaratmaqdır. Məlum olduğu kimi, şəffaflığı və ədalətliliyi təmin etmək üçün Şuranın Apelyasiya komissiyası qrant müsabiqələrinin nəticələri ilə bağlı Şuranın qəbul etdiyi qərardan narazı qalan QHT-lərin müraciətlərinə baxır.

Komissiyaya müraciətlər onlayn şəkildə qəbul edilir. Apelyasiya komissiyasının iclasları QHT nümayəndələrinin bilavasitə iştirakı ilə Şuranın inzibati binasında keçirilir. Komissiyanın iclaslarına müstəqil ekspertlər və KİV nümayəndələri dəvət olunur. Bir sıra hallarda sağlamlıq imkanları məhdud olan, o cümlədən regionlarda fəaliyyət göstərən QHT nümayəndələri Apelyasiya komissiyasının iclaslarında şəxsən iştirak etməkdə çətinlik çəkirlər. Bu səbəbdən Şura 2019-cu ildən etibarən sağlamlıq imkanları məhdud olan və regionlarda fəaliyyət göstərən QHT nümayəndələrinə Komissiyanın iclaslarına birbaşa qatılmadan, onlayn (video görüntülü) şəkildə müzakirələrdə iştirak imkanı yaradacaq.

Şuranın təklif etdiyi sonuncu yenilik “QHT Şurası” mobil tətbiqetmə proqramı haqdadır. Məlumdur ki, Şuranın ictimaiyyətlə əlaqələr və informasiya təminatını həyata keçirmək məqsədilə qurumun cssn.gov.az rəsmi internet saytı, qhtxeber.az informasiya portalı, e-qht.az elektron xidmətlər portalı və eləcə də, Şuranın facebook, tvitter və youtube sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir. Şuranın fəaliyyəti, göstərdiyi xidmətlər, tətbiq etdiyi yeniliklər haqqında QHT-ləri və geniş ictimaiyyəti operativ məlumatlandırmaq və onların Şuranın informasiya resurslarından istifadəsini daha da asanlaşdırmaq məqsədilə yeni mobil tətbiqetmə proqramı yaradılıb.

Bu proqram mobil telefon istifadəçilərinə onlayn və oflayn rejimdə Şuranın fəaliyyəti haqqında istənilən məlumatla tanış olmaq imkanı verir. Proqramı ödəniş etmədən Google Play Store-dan “QHT Şurası” ifadəsini yazaraq telefona yükləmək olar. Proqramın ən böyük üstünlüyü oflayn rejimdə asanlıqla istifadəsinin mümkünlüyüdür. Bu proqram vasitilə QHT-lər və geniş ictimaiyyət üçün Şuranın fəaliyyəti barədə vahid və mərkəzləşdirilmiş qaydada məlumat əldə etmək imkanı yaradılır, qrant müsabiqəsinin elanı, nəticələri və Şura ilə bağlı digər mühüm xəbərlər xüsusi bildiriş formasında proqram istifadəçilərinə dərhal göndərilir. Bununla da Şuranın informasiya təminatı müasir tələblərə uyğunlaşdırılır.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun cari ildə keçirdiyi müsabiqələr çərçivəsində icra olunan layihələrin hesabatlılıq vəziyyətini təhlil edib. O, 2018-ci il üçün Şuraya layihə təqdim etmiş QHT-lərlə bağlı bəzi problemləri qeyd edib. F. Qurbanov icra olunan layihələrin proqram hissəsi üzrə problemlərdən danışarkən təlim və tədbirlərin, iaşə xidmətlərinin təşkili, layihə üzrə sənədləşmələrin aparılması, layihələr çərçivəsində hazırlanan materialları keyfiyyəti, layihə üzrə tədbirlərin planlaşdırılması, nəşr məhsulları, film və sosial çarxların hazırlanması, KİV-lərlə əlaqələrin zəif qurulması və hesabatların dolğun tərtib olunmasındakı problemlərdən bəhs edib.

Maliyyə hesabatı üzrə çatşışmazlıqlardan danışan icraçı direktor əmək müqavilələrinin elektron sistemə daxil edilməsində, əmək haqlarının və vergi ödənişlərinin vaxtında ödənilməsində, ezamiyyə xərclərinin təyinatı üzrə istifadəsində, təqdim olunan maliyyə sənədlərində, sair xidmətlər üzrə təqdim olunan diplom və sertifikatlarda, xidmət göstərən hüquqi şəxslərlə bağlı və s. uyğunsuzluq və problemlər haqda məlumat verib.

Milli Qeyri-Hökumət Təşkilatları forumunun (MQF) prezidenti Rauf Zeyni geniş səkildə çıxış edərək görülən işlərdən danışdı və QHT-ləri tətbiq edilən yenliklərdə daha da fəal iştirak etmələrinin vacib olduğunu bildirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası analoqu olmayan şəffaflığın tam təmin edilməsi istiqamətində görüləcək işləri, QHT-lər tərəfindən yüksək qiymətləndirildi.

Fərrux Əsgərov

”Cəmiyyətin Davamlı İnkişafına Yardım”İctimai Birliyinin sədri


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 585

QHT və MEDİA

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

2019-10-16 16:20:39

QHT və MEDİA
Müstəqil dövlətin azad övladları
Müstəqil dövlətin azad övladları

15.10.2019-cu il tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azər...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...