MƏDƏNİ
A- A A+

“Dünya soyqırımları tarixi” kitabı nəşr edilib

2018-12-27 10:05:29

Araşdırmaçı-jurnalist, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini, AMEA-nın dissertantı Anar Turanın “Dünya soyqırımları tarixi” adlı kitabı çap olunub

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin ilk layihəsi çərçivəsində nəşr edilib. Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda tariximizin XX əsrdə ən keşməkeşli dövrlərinin acı nəticələri - 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı, 1992-ci ildə bəşəriyyətin gözü qarşısında törədilmiş Xocalı soyqırımı dünyanın müxtəlif xalqlarına qarşı Srebrenitsa, Ruanda, Namibiya, Kamboca, Oradur, Tasmaniya, Amerika dəhşətləri ilə paralel şəkildə işıqlandırılıb. Müəllifin faktoloji cəhətdən zənginliyi ilə seçilən bu monoqrafiyası ingilis, fransız, rus, türk mənbələrinə əsaslanaraq hazırlanıb. Xüsusilə tanınmış əcnəbi tarixçilərdən və soyqırımı tədqiqatçılarından hesab olunan Timati Snayder, Adam Cons, Devid Stennard, M.Hassan Kakar, T.Rassel və digər alimlərin dünyada törədilən soyqırımlarına münasibətləri, araşdırmaları tədqiqata cəlb olunub. Yeni nəşrin əsas özəlliklərindən biri də odur ki, dünya soyqırımlarına ilk dəfə kompleks şəkildə toxunulub. Daha bir üstünlüyü isə Azərbaycan dili ilə yanaşı, əsas beynəlxalq dillərdən sayılan ingilis dilində tərcümə olunmasıdır. İngilisdilli versiya əsasən xarici ölkələrdəki diaspor təşkilatları, diplomatik korpuslarımız, beynəlxalq təşkilatlar və xarici dövlətlərin məşhur universitetlərinin kitabxanaları üçün nəzərdə tutulub. Nəşrin ingilis dilinə tərcüməsini Ceyhun Bayramlı edib.

Kitabın rəyçiləri tarix üzrə elmlər doktoru, professorlar Anar İsgəndərov, Qafar Cəbiyev və Kamil İbrahimovdur. Kitabın məsləhətçisi Efiopiyanın Azərbaycandakı fəxri konsulu, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, redaktoru Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbuddur. Araşdırma geniş oxucu kütləsi, xüsusilə tələbələr, müəllimlər, media mənsubları, tədqiqatçılar və əcnəbi ölkələrin təmsilçiləri üçün nəzərdə tutulub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 293

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...