MƏDƏNİ
A- A A+

UNESCO-nun nəşr etdirdiyi kitabda Azərbaycanın xalçaçılıq ənənələrindən yazılıb

2018-12-27 08:35:51

.

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması və təhsil şöbəsinin Asiya-Sakit okean orqanı tərəfindən həyata keçirilən “Qeyri-maddi mədəni irsin davamlı inkişafı strategiyası: qorunub saxlanma və təhsil arasında əlaqə” layihəsi çərçivəsində təşkilatın xətti ilə “Qeyri-maddi mədəni irsin qorunması və təhsil arasında əlaqə” seriyasından “Davamlı inkişafa nail olmaqda qeyri-maddi mədəni irslə məşğul olan qeyri-hökumət təşkilatlarının strategiyası” kitabı çapdan çıxıb.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitab UNESCO-nun Asiya-Sakit okean regionunda Qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq mərkəzin (ICHCAP) layihəsi çərçivəsində yeddi ölkədən – Azərbaycan, Butan, Banqladeş, Hindistan, İndoneziya, Monqolustan, Filippindən olan 8 qeyri-hökumət təşkilatının iştirakı ilə hazırlanıb. Kitabda toplanan məqalələrdə davamlı inkişafa nail olunması istiqamətində bu təşkilatların fəaliyyətləri işıqlandırılıb. Kitab “Azərbaycan xalçaçıları” İB-nin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar mədəniyyət işçisi, Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, “NUR ART House” qalereyasının direktoru Röya Tağıyevanın “Azərbaycan xalçaçılıq ənənələrinin dirçəldilməsi” adlı məqaləsi ilə açılır.

Məqalədə 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Azərbaycan xalçasının inkişaf mərhələlərindən, ənənələrindən, azərbaycanlı alim, rəssam Lətif Kərimov tərəfindən işlənib hazırlanan xalça növləri, məktəbləri və təsnifatlarından ətraflı söhbət açılır.

Məqalədə 2012-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə hökumətlərarası komitə tərəfindən akkreditə edilən “Azərbaycan xalçaçıları” İB-nin, həmçinin Azərbaycan xalçaçılığının qədim ənənələrini yaşadan, gənc nəsli bu sənətə cəlb edən “NUR ART House” qalereyasının fəaliyyətindən danışılır. Bu istiqamətdə məqsədyönlü işlər təkcə Bakıda keçirilmir. Regionlarda sərgilər, ustad dərsləri, xarici ölkələrdə isə simpoziumlar, seminarlar, konfranslar və festivallar təşkil edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə elan etdiyi müsabiqənin qrantını qazanan “Azərbaycan xalçaçıları” İB “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsini uğurla icra edib. İlk dəfə olaraq, Nyu-Yorkda “Metropoliten Muzeyi”ndə “Azərbaycan xalçaçıları” İB-nin sədri Röya Tağıyevanın “Azərbaycan xalçası” ensiklopediyasının təqdimatı keçirilib. Kitab 2017-ci ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən ingilis dilində çap edilib. Ensiklopediyanın təqdimat mərasimi muzeyin Toxuma Məmulatlarının Qorunması Departamentinin keçirdiyi “Qış-2018” simpoziumu çərçivəsində təşkil edilib. 1120 səhifədən ibarət olan böyük həcmə malik “Azərbaycan xalçası ensiklopediyası”na 990 illüstrasiya və 450-dən çox termin daxildir. Nəşrdə, ümumilikdə 400-dən çox xovsuz xalça, həmçinin toxuculuq alətləri barədə məlumat təqdim edilir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 288

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...