SİYASƏT
A- A A+

Tural Gəncəliyev: Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə konstruktiv dialoqun aparılmasına hazırdır

2018-12-26 20:10:51

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin başçısının qondarma mətbuat katibi kimi təqdim edən David Babayanın son şərhi ilə bağlı açıqlama yayıb

Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib. Sədr deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların uzun illərdir davam etməsinə baxmayaraq, Azərbaycan tərəfindən müsbət ismarıclar göndərilsə də, əfsuslar olsun ki, buna erməni tərəfindən həmişə mənfi reaksiya bildirilib. “Nəzərə alınmalıdır ki, münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlısı öz doğma yurdlarından didərgin düşüb. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi Azərbaycan ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını və bu torpaqlardan zorla qovulmuş insanların öz evlərinə geri qayıtmasını tələb edir. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq. Münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Bölgənin sülh və sabitliyi, gələcək dayanıqlı inkişaf yalnız bu yoldan keçir. Azərbaycan torpaqlarının davam edən işğalı siyasəti Ermənistanı regionda həyata keçirilən layihələrdən kənarlaşdırıb və ilk növbədə, Dağlıq Qarabağdakı aqressiv separatçıların Ermənistanı və erməni əhalisini girov saxlaması üçün şərait yaradıb. Dağlıq Qarabağın Azərbaycanlı icması inanır ki, bu əsarət uzun çəkməyəcək və hər iki icmanın yenidən birgə yaşayışı nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin sülh və təhlükəsizlik şəraitində davamlı inkişafı təmin olunacaq”, - deyə açıqlamada bildirilir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 434

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...