QHT və MEDİA
A- A A+

Əli Həsənov: "2019-cu ildə bizi çox mühüm hadisələr, yeniliklər gözləyir"

2018-12-26 19:25:52

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov il ərzində jurnalistlərlə görüşün ənənə halını aldığını bildirib. 2018-ci ilin Azərbaycanda dövlətçilik ili olduğunu vurğulayan Əli Həsənov qeyd edib ki, cənab prezidentin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi keçirilib. O bildirib ki, il ərzində Xalq Cümhuriyyətinin 100 illiyi təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də böyük toplantılar, konfranslarla qeyd olunub:

“Bildiyiniz kimi Azərbaycan dövlətçiliyinin tarixi daha qədimdir. Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması heç də Azərbaycan dövlətçiliyinin 100 illiyi demək deyil. Bu, sadəcə Xalq Cümhuriyyəti tarixinin 100 illiyidir və biz bunu qeyd etməliydik. Çünki Xalq Cümhuriyyəti Azərbaycanın qürur duyduğu, beynəlxalq aləmdə onun yaratdığı təsisatlarla, ənənələri ilə öyündüyü bir cümhuriyyət olubdur. Bilirsiniz ki, bu cümhuriyyət Şərq aləmində, İslam dünyasında ilk dünyəvi parlamentli respublika olub. Bu cümhuriyyətin sahibi Azərbaycan xalqıdır. İlk dəfə çoxpartiyalı sistem əsasında parlament formalaşdırılıb. Bu parlamentin də sahibi biz-Azərbaycan xalqı olmuşuq. İlk dəfə qadınlarla kişilərə bərabər seçki hüququ verilib. Bununla da bizim öyünməyə haqqımız var. Çünki Avropa ölkələrinin çoxundan, ABŞ-dan əvvəl biz qadınlara seçib-seçilmək hüququ vermişik. Xalq Cümhuriyyəti Azərbaycanda ilk dəfə hüquqi dövlətin təsisatlarını yaradıb. Xalq Cümhuriyyəti sözün əsl mənasında ilk dəfə sivil vətəndaş cəmiyyəti yaratmağa cəhd edib. Əlbəttə 23 yetmədi ki, onlar qarşılarına qoyduqları bütün məqsədlərinə çatsınlar. Azərbaycanın mədəni inkişafında Xalq Cümhuriyyəti mühüm rol oynayıb. Universitet təsis edib və sair quruluşlar yaradıb. Biz Xalq Cümhuriyyətimizin tarixi ilə qürur duyuruq”. Əli Həsənov qeyd edib ki, 2018-ci il Azərbaycan tarixində daha bir əlamətdar hadisə ilə yadda qalıb:

“Bilirsiniz ki, Azərbaycanın böyük təbii qaz ehtiyatları var. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Azərbaycanın neft strategiyası çərçivəsində xüsusi proqramları var idi. O proqramların reallaşdırılması çərçivəsində bu il önəmli, həlledici il olub. Avropa Birliyinin, qlobal dünyanın reallaşdıra bilmədiyi “Nabukko” marşrutu ilə, əlbəttə Türkiyə və digər dövlətlərin dəstəyi, Azərbaycan və Türkiyənin liderliyi ilə Cənub Qaz Dəhlizi reallaşdırıldı. Bu faktiki olaraq “Nabukko” layihəsinin liderləri dəyişmiş eyni variantı idi. Bildiyiniz kimi bu ilin may ayında Bakıda, iyun ayında Türkiyədə “Nabukko”nun əsas özəyini təşkil edən TANAP layihəsinin açılışı oldu. Gələn ilin ortalarında TAP layihəsinin reallaşması başa çatacaq. 2020-ci ildən bu kəmər tam gücü ilə işə düşəcək”. Əli Həsənov bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin açılışı keçən il olsa da, onun əsasən işə düşməsi də bu ilin mayına təsadüf etdi.

Prezidentin köməkçisi-şöbə müdiri bu il Azərbaycanın üçüncü süni peykini orbitə çıxardığını vurğulayıb:

“Bu da ölkəmizin nüfuzuna böyük təsir gösrtərir”. Əli Həsənov qeyd edib ki, bu il jurnalistikamız da inkişaf edib, yeni-yeni saytlar yaradılıb. O cümlədən saytların başqa dillərdə versiyaları fəaliyyətə başlayıb. Prezidetin köməkçisi-şöbə müdiri Azərbaycan Mətbuat Şurasının fəaliyyətini müsbət qiymətdirdiyini vurğulayıb. Əlavə edib ki, bu il reket jurnalistikası ilə mübarizə güclənib.

Əli Həsənov 2019-cu ildə bizi çox mühüm hadisələrin, yeniliklərin gözlədiyini vurğulayıb. Prezidentin köməkçisi-şöbə müdiri Azərbaycan jurnalistlərini, onların ailələrini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib. Onlara şəxsi və yaradıcılıq uğurları arzulayıb. Daha sonra müsabiqə qaliblərinin mükafatlandırılması olub. Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov il ərzində jurnalisttikamızın mühüm nailiyyətlər qazandığını, bununla belə bu uğurlarla kifayətlənməmək lazım olduğunu vurğulayıb. Mərasimdə, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilən “Azərbaycan” qəzetininin əməkdaşlarına dövlət mükafatları təqdim edilib. Mərasim bədii proqramla davam etdirilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 408

QHT və MEDİA

2019-10-15 08:30:30

QHT və MEDİA
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qov...

2019-10-14 07:55:50

QHT və MEDİA
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və ...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...