2018-12-25 16:45:11 | CƏMİYYƏT
Kəskinləşən Rusiya-Ermənistan münasibətləri

Bu gün Rusiya- Ermənistan münasibətlərinin gərginləşməsi davam etməkdədir. Belə ziddiyyətlərin daha kəskin formaya düşməsi tamamilə mümkündür. Bunu şərtləndirən kifayət qədər amilər var. Əslində ermənilərin öz ağalarının üzünə ağ olması faktı hər zaman olub. Ruslar da öz növbəsində siyasi və strateji maraqlarını nəzərə alaraq ermənilərə göz yumublar

2015-ci ildə Rusiya partriarxı Kiril ermənilərlə bağlı çox maraqlı açıqlama vermişdi: “Kiril Moskva ərtafında yerləşən pravoslav məbədlərin mitropolitləri ilə görüşdə Rusiya imperiyasının tarixini xatırladıb. Rus parvoslav kilsəsinin rəhbəri toplantı iştirakçılarının diqqətini Ermənistanda baş verən son hadisələrə və bu ölkədə artan anti Rusiya əhval-ruhiyyəsinə çəkərək deyib: "Erməni dövlətinin yaranması anından başlayaraq biz pravoslav olmayan bu xalqı müdafiə edirik. Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına unudulmasının şahidiyik. Ermənilər bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür"

Daha sonra bəzi rus politoloqları ermənilərlə bağlı mütəmadi olaraq kəskin açıqlamalar verirdilər. Lakin belə açıqlamalar Ermənistana qarşı ciddi addımların atılacağına, münasibətlərin pozulacağına gətirib çıxarmırdı.

Bəs, bu gün nə baş verir ki, Rusiya Ermənistanı ciddi cəzalandırmaq istəyir?

Ermənistanda baş verən hakimiyyət dəyişikliyi, anti Rusiya meylli N. Paşıınyanın iqtidara gəlişi, parlamentdə hansı yolla olur-olsun səs çoxluğu əldə etməsi və nəhayət işğalçı ölkədə anti Rusiya əhval ruhiyyəsinin bu qədər güclənməsi Şimal qonuşumuzu düşünməyə vadar edib. Hiss olunur ki, Rusiyanın rəsmi dairələri öz ağalarının üzünə ağ olmalarına görə, erməniləri heç cürə bağışlamaq istəmir.

Şimal qonşumuzun Ermənistanı öz quberniyası kimi görməsi və qəbul etməsi başa düşüləndi. Çünki bu, dövləti qədim türk torpaqlarında vaxtılə Rusiya yaratmışdı. Rusiya partriarxı Kirilin təbirincə desək “Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür". Bəs, bu proseslər necə cərəyan edəcək? Doğudanmı Rusiya Ermənistanı kəskin şəkildə cəzalandıracaq?

Rusiyanın bütün iqtisadi rıçaqlarını işə salıb Ermənistana kəskin təzyiq göstərəcəyi fikri inandırıcı deyil. Çünki o zaman Ermənistan dövlət kimi tam çökə bilər. Bu isə Rusiyanın heçdə marağında deyil. Şimal qonşumuzun Cənubi Qafqazda yeganə forpostu və digər dövlətlərə təzyiq vasitəsi kimi istifadə etdiyi Ermənistanı çökdürmək yox, onu nəzarətində yarım müstəqil vəziyyətdə saxlamaq istəyi var. Rusiyanın mütəmadi olaraq Ermənistanı nəzarətində saxlamaq üçün qulaqburması verəcəyi şübhəsizdir. Ola bilər müxtəlif vastələrlə Paşinyanı yola salıb öz adamını rəhbərliyə gətirsin.

Qaldıki Avropa dövlətlərinin Ermənistanı Rusiyadan qoruyacağı fikri doğru deyil. Əslində Qərb dövlətlərinə Cənubi Qafqazda Rusiya-Ermənistan toqquşmasından daha çox nisbi sabitlik lazımdır. Bu gün Avropanın özünün yetərincə problemləri qabarmaqdadır. Belə məqamda gəlib Ermənistan kimi yarım müstəqil bir dövlətə görə, Rusiya ilə üz-üzə gəlmək Qərbin marağında deyil.

Bəzi avropalı siyasətçilərin müdafiə xarakterli növbətçi ermənipərəst bəyanatlarının səslənməsi gözləniləndir. Müxtəlif sədəqələrin, toplanmış pul vəsaitlərinin ermənilərə verilməsi mümkündür və bu baş verəcək. Lakin nəhəng şirkətlərin Ermənistana böyük sərmayələr yatıracağı qeyri mümkündür. Dünyada mövcud olan nüfuzlu, özünə hörmət qoyan şirkətlərin bu dövlətə böyük sərmayələr ayırması inandırıcı deyil. Çünki ağlı başında olan həmin şirkət sahibləri özlərini Ermənistanının tərəfdaşı kimi hiss etmirlər.

Ermənistanın xilası yalnız Azərbaycanla və Türkiyə ilə normal iqtisadi əməkdaşlıq şəraitində mümkün ola bilər. Bu da o zaman mümkün olar ki, ermənilər işğalçılıq siyasətindən, separatizmdən əl çəkib normal qonşuluq münasibətləri qursunlar. İndiki vaxtda ermənidən belə münasibəti gözləmək sadəlövlükldür.

Deməli, biz bütün cəbhələrdə daha çox çalışmalıyıq. Qarabağda erməni özünü rahat hiss etməməlidir. İşğal olunmuş ərazilərə öz övladlarını göndərən erməni anaları düşünməlidirlər ki, öz övladlarını ölümə göndərirlər. Ermənilər işğalın ağır nəticələrini gündəlik ağırlaşan güzəranlarında görməlidirlər. Nəhayət bizim hücüm diplomatiyamız hər zaman öndə olmalıdır.

Həmçinin Dağlıq Qarabağda məskən salan, dinc insanların həyatı üçün təhlükə törədən terrorçu qrupların zərərsisləşdirilməsi məqsədilə antiterror əməliyyatlarının həyata keçirilməsi üçün ciddi hüququ əsaslar yaranmaqdadır. Bu isə lokal müharibələri qaçılmaz edir.

Əkrəm Bəydəmirli

Baxış sayı : 2260
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54