SOSİAL
A- A A+

Kolumbiya Parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarını qeyd-şərtsiz azad edilməsini tələb edir

2018-12-25 11:50:22

Kolumbiya Parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycanın Boqotadakı Səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib

Səfirlikdən Trend-ə verilən məlumata görə, qətnamədə Kolumbiya Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanır, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ və digər 7 rayonun işğalı, habelə Azərbaycan əhalisinin etnik təmizlənməsinə məruz qalmasından Kolumbiya tərəfinin narahatlığı qeyd edərək Ermənistanın bu aqressiyası pislənir və dünya ictimaiyyətini bu hadisələrin insanlığa qarşı cinayət kimi qiymətləndirilməsinə çağırır.

Həmçinin Azərbaycan torpaqlarının indiyədək işğal altında qalması və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək öz həllini tapmadığına görə Kolumbiya tərəfinin dərin təəssüfü vurğulanır və bu münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri, həmçinin münaqişə üzrə qəbul olunmuş beynəlxalq hüquqi sənədlərin, o cümlədən BMT Təhlükəsilik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırır.

Eyni zamanda Qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını və Azərbaycan qaçqın və məcburi köçkünlərinin dərhal öz doğma torpaqlarına qayıtması üçün şəraitin yaradılmasını tələb edilir. Sonda sözügedən sənəddə Kolumbiya Respublikası Senatının xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Azərbaycan Hökuməti və xalqı tərəfindən ölkəsinin müdafiəsi üçün həyata keçirdiyi bütün səyləri tam dəstəkləyir və fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Kolumbiyadakı Səfirliyinin yüksək fəaliyyətini xüsusi vurğulayır.


Kateqoriya : SOSİAL Baxış sayı : 244

QHT və MEDİA

2019-05-27 09:45:27

QHT və MEDİA
Maarifləndirilmə tədbiri Qusarda davam e...
Maarifləndirilmə tədbiri Qusarda davam e...

Fact-info.az-a daxil olan məlumata görə, Qusar rayon Gənclər Evində Demokrati...

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...