QHT və MEDİA
A- A A+

Birinci vitse-prezidentin Katibliyi bəyanat yayıb

2018-12-25 11:15:44

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması, fotoşəkillərini paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə vətəndaşlarına müraciətlərin yayımlanması geniş yer alıb. Bu cür yalan yazıların artmasını nəzərə alaraq, onların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil və onun bütün müraciət və bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır.

Bəyanatda bildirilir: "Media və sosial şəbəkələrdə ölkənin Birinci vitse-prezidenti adından dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair saxta açıqlamaların verilməsi çaşqınlıq doğurur. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə dair dolğun, rəsmi və doğru informasiyaya sərbəst çıxış mövcud olduğu halda, həqiqətə uyğun olmayan məlumatların istifadəsi və paylaşılması yolverilməzdir. Təkidlə hər kəsi məsuliyyətli olmağa və yoxlanılmamış, saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq".


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 390

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...