MƏDƏNİ
A- A A+

Azərbaycanın dostu UNESCO QHT komitəsinin prezidenti seçilib

2018-12-24 11:15:33

Parisdə UNESCO ilə tərəfdaş qeyri-hökumət təşkilatlarının beynəlxalq konfransı keçirilib

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda Azərbaycanın dostu fransalı Mari Klaudi Machon-Honore UNESCO QHT komitəsinin yeni prezidenti seçilib. O bundan əvvəl "BPW International" təşkilatının UNESCO-da nümayəndəsi və UNESCO QHT Komitəsinin idarə heyətinin üzvü olub.

Seçki kampaniyasında iştirak edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağının nümayəndəsi Fazil Qasımov AZƏRTAC-a bildirib ki, Mari Klaudinin UNESCO QHT Komitəsinin prezidenti seçilməsi Azərbaycan qeyri-hökumət təşkilatları üçün sevindirici xəbərdir. Çünki fransalı xanım UNESCO-da Azərbaycan QHT-lərinin mövqelərini gücləndirməyə çalışır. "Mari Klaudi ilə 2014-cü ildə UNESCO-nun Bolqarıstanda keçirilən forumunda tanış olmuşam. Həmin vaxtdan etibarən əlaqələrimiz aralıqsız davam edib. Mari Klaudi "Aşıq Şəmşir" Mədəniyyət Ocağını UNESCO-da akkreditasiyadan keçirmək üçün müraciət etməyi təklif etmişdi. Biz 2016-cı ildə bu işi uğurla həyata keçirdik. Ötən forumların birində onu prezidentliyə namizədliyini irəli sürməsinə təşviq etdim və seçki kampanyasında ona maksimum dəstək göstərməyə çalışdım. Çox sevinirəm ki, dünyanın ən mötəbər QHT-lərini birləşdirən UNESCO komitəsinə Azərbaycanın dostu prezident seçildi. Hesab edirəm ki, Mari Klaudinin qələbəsi bizim qələbəmizdir. Qeyd edim ki, xanım Klaudi Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir".

Xatırladaq ki, UNESCO QHT komitəsi 2011-ci ildə qurumun Baş assambleyasında qəbul edilən "UNESCO-nun QHT-lərlə tərəfdaşlığına dair nizamnamə"yə əsasən yaradılıb. Komitənin idarə heyəti QHT-lərin iki ildən bir keçirilən beynəlxalq konfransında səsvermə ilə formalaşır. Seçkilərdə komitəyə üzv olan 254 QHT iştirak edir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 469

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...