QHT və MEDİA
A- A A+

İtaliyanın “LUMSA” Universitetində “İtaliyadan Azərbaycana baxış” kitabının təqdimatı olub

2018-12-21 09:30:54

İtaliyalı jurnalist: Azərbaycandakı multikulturalizm ənənələri bütün dünya üçün nümunədir

İtaliyanın “LUMSA” Universitetində Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (İREPİ) rəhbəri, jurnalist Domeniko Letizianın müəllifi olduğu “İtaliyandan Azərbaycana baxış” (Uno sguardo dell'Italia sull'Azerbaigian) adlı kitabın təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, “Antonio Stango” nəşriyyat evi tərəfindən nəşr edilmiş kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanının iqtisadi inkişafı, İtaliya və Azərbaycan arasında əlaqələr, Azərbaycanın multikulturalizm modeli və ölkəmizdə gender bərabərliyi mövzularında İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrində dərc olunmuş məqalə və müsahibələrinin toplusundan ibarətdir. Tədbiri giriş sözü ilə açan LUMSA Universitetinin rektoru professor Francesko Bonini kitabın təqdimatının rəhbərlik etdiyi universitetdə keçirilməsindən məmnunluğunu bildirib. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirin təşkilinə görə İtaliyanın LUMSA Universitetinin rəhbərliyinə, habelə müəllifə öz təşəkkürünü bildirib. Bu kimi tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılması, ölkəmizin İtaliya ictimaiyyətinə yaxından tanıdılması baxımından əhəmiyyətini vurğulayıb, habelə kitabda ölkəmizlə bağlı əks olunmuş mövzular barədə danışıb. Azərbaycan-İtaliya əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyən diplomat ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə yüksələn xətlə inkişaf etdiyini bildirib.

İtaliyalı jurnalist Domeniko Letiziya son illərdə Azərbaycanla bağlı müxtəlif mövzular üzrə apardığı tədqiqatlar, ölkəmizə bir neçə dəfə həyata keçirdiyi səfərlər barədə danışıb, indiyə qədər dərc olunmuş yazılarını bir kitab formasında italyan oxucularına təqdim etməkdən məmnun olduğunu söyləyib. D.Letiziya Azərbaycandakı multikulturalizm ənənələrinə heyran qaldığını söyləyib və bunun bütün dünya üçün nümunə olduğunu deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanıldığını bildirib, hərbi işğal vaxtı dinc azərbaycanlılara qarşı törədilmiş cinayətlər, o cümlədən Xocalı soyqırımı barədə məlumat verib.

Azərbaycan-İtaliya əməkdaşlığına da toxunan müəllif Azərbaycanı İtaliya üçün önəmli tərəfdaş kimi xarakterizə edib, əlaqələrin daha da inkişafı üçün mövcud potensialdan danışıb. Elmi-akademik, mədəniyyət dairələrinin nümayəndələrinin və LUMSA Universitetinin tələbə müəllim heyətinin iştirak etdiyi tədbirdə, həmçinin kitabın redaktoru Antonio Stanqo və universitetin professoru Orta Şərq və Aralıq Dənizi araşdırmaları kursunun rəhbəri Franz Martinelli də çıxış ediblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 283

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...