İQTİSADİ
A- A A+

SOCAR BP ilə birlikdə Türkiyədə yeni layihə planlaşdırır

2018-12-20 22:10:29

BP və “SOCAR-Türkiyə” dünya miqyaslı PTA, paraksilol və aromatik karbohidrogen kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə layihəsini dəyərləndirməyə hazırlaşırlar

SOCAR İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən Fact-info.az-a verilən məlumata görə, kompleks “SOCAR-Türkiyə”nin Aliağadakı Xüsusi Sənaye Zonasında yerləşəcək. Bu yaxınlarda fəaliyyətə başlamış STAR neft emalı zavodu və Petkim neft-kimya kompleksi də həmin ərazidə yerləşir SOCAR obyektlərinə inteqrasiya və mövcud infrastruktur layihə xərclərinin azaldılmasına imkan verəcək Kompleksdə BP-nin ən son sənaye texnologiyalarından istifadə olunacaq Birgə müəssisə BP və SOCAR-ın regiondakı uzunmüddətli əlaqələri əsasında yaradılacaq

BP və “SOCAR-Türkiyə” bu gün Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar. Türkiyənin qərbində, Aliağa bölgəsində tikiləcək müəssisədə ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzərdə tutulur. PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto- və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur. Saziş prinsipləri imzalandıqdan sonra, BP və “SOCAR-Türkiyə” planlaşdırılan müəssisənin yanında yer alan və hər ikisi “SOCAR Türkiyə” şirkətinə məxsus olan STAR zavodunun və Petkim neft-kimya kompleksinin xammal tədarükünün inteqrasiyasına imkan verəcək müəssisənin layihəsi üzərində işləməyə başlayacaqlar.

“SOCAR-Türkiyə”nin direktorlar şurasının sədri Vaqif Əliyev demişdir: “Biz 2008-ci ildə Petkimi alaraq Türkiyə bazarına daxil olmuşuq və o vaxtdan etibarən STAR zavodu, TANAP, Petlim konteyner termnalı, Petkim külək enerjisi stansiyası kimi nəhəng layihələri reallaşdırmışıq. “SOCAR-Türkiyə”nin Aliağadakı bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Xüsusi Sənaye Zonası olmuşdur. SOCAR-ın digər müəssisələri tərəfindən təmin olunan xammal və infrastrukturun yaxında olması yeni müəssisənin rəqabət gücünə əhəmiyyətli töhfə verəcəkdir. Egey dənizi sahillərində, dünya bazarının astanasında emal və neft-kimya kompleksini genişləndirməkdə məqsədimiz iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın iqtisadiyyatlarına töhfələrimizi davam etdirməkdir.”

BP qlobal aromatik karbohidrogen bölməsinin baş icraçı direktoru Luis Sierra demişdir: “Layihə irəliləyərsə, bu Qərb yarımkürəsində ən böyük inteqrə olunmuş PTA, PX və aromatik karbohidrogen kompleksi və BP-nin 20 il əvvəl Çində açdığı Zhuhai müəssisəsindən sonra ilk ən böyük aromatik karbohidrogen platforması olacaq. BP-nin ən son texnologiyaları və SOCAR-ın yeni emal zavodunun kombinasiyası Türkiyənin artmaqda olan poliester qablaşdrıma və tekstil sənayesinə xidmət edəcək görkəmli bir platformanın yaranmasına şərait yaradacaqdır. Biz yüksək rəqabət qabiliyyətinə malik obyektin tikilib istifadəyə verilməsində BP və SOCAR-ın potensialından istifadə etməyi planlaşdırırıq.”

BP və SOCAR 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi düşünür. BP-nin ən son PTA texnologiyası digər PTA texnologiyaları ilə müqayisədə daha aşağı kapital və istismar xərclərinə malikdir. Bu texnologiya bazarda mövcud olan oxşar texnologiyalara nisbətən enerjiyə qənaət edir, daha az su işlədir və daha az bərk tullantı çıxarır. BP və SOCAR Azərbaycanda, Türkiyədə və regionun digər yerlərində neft-qaz istehsalı və nəqli üzrə həyata keçirilən bir sıra layihələrdə uzun müddət tərəfdaşlıq edirlər. Bu il Azərbaycanda hasilata başlamış, Türkiyə və digər ölkələrə təbii qaz ixracına imkan yaratmış Sahdəniz-2 layihəsi də bu siyahıya daxildir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 204

QHT və MEDİA

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

2019-06-18 09:45:56

QHT və MEDİA
Ankarada Azərbaycan diplomatik xidmət or...
Ankarada Azərbaycan diplomatik xidmət or...

Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsil...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...