SOSİAL
A- A A+

Baş konsul: Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir

2018-12-20 10:55:01

Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles konsulluq korpusunun duayeni Nəsimi Ağayev Los-Ancelesdə fəaliyyət göstərən “ECONEWS” teleradio şirkətinə geniş müsahibə verib

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, müsahibə “ECONEWS” teleradio şirkətinin rəhbəri Nensi Perlman tərəfindən aparılıb. Qeyd olunmalıdır ki, sözügedən şirkət ABŞ-da ətraf mühit və turizmlə bağlı radio və televiziya proqramlarının hazırlanması ilə tanınır və üç dəfə məşhur “Emmi” mükafatına namizəd olub. Müsahibədə baş konsul N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, turizm potensialı və iqtisadi inkişafı barədə ətraflı məlumat verib. Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışan N.Ağayev bu gün ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin qarşılıqlı anlaşma, hörmət və sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırır. Baş konsul Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən çağdaş dövlət quruculuğu işlərinin uğurla davam etdirildiyini vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məlumat verən baş konsul ölkəmizin işğal olunmuş ərazilərində Ermənistanın ekoloji terror törətməkdə davam etdiyini bildirib. N.Ağayev Ermənistanın məişət tullantılarını, sənaye müəssisələrinin çirkab sularını və radioaktiv maddələri Araz çayına axıdaraq Azərbaycan ərazisinə ötürməklə ölkəmizə qarşı ekoloji soyqırımı həyata keçirdiyini diqqətə çatdırıb. O, Ermənistanda heç bir təhlükəsizlik standartlarına cavab verməyən Metsamor atom elektrik stansiyasının istismarının davam etdirilməsinin bütün region üçün böyük təhlükə daşıdığını qeyd edib, beynəlxalq ictimaiyyətin bu addımlara son qoymaq üçün Ermənistana təzyiq göstərməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, müsahibə Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 35 televiziya kanalında, eləcə də müxtəlif radiokanallarda yayımlanmaqdadır.


Kateqoriya : SOSİAL Baxış sayı : 377

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...