2018-12-20 08:25:53 | MƏDƏNİYYƏT
“Qarabağ müharibəsi: zərif talelər” kitabının təqdimatı oldu

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış yazıçı, publisist Zemfira Məhərrəmlinin "Qarabağ müharibəsi: zərif talelər" kitabının təqdimat və imza mərasimi keçirilib

Mərasimdə AYB əməkdaşları, tanınmış ziyalılar, oxucular və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Z.Məhərrəmlinin yaradıcılığı, yeni kitabı haqqında məlumat verib: "Zemfira xanım uzun illərdir ki, bədii və publisist yaradıcılıqla məşğuldur. Bu kitab da yaxın zamanların deyil, uzun illərin gərgin əməyin məhsuludur. Müəllif burada çox önəmli mövzuya toxunub. Düşünürəm ki, Qarabağ həqiqətlərini özündə ehtiva edən bu kitab xüsusən gənc nəslin vətənpərvərlik ruhda tərbiyə olunması üçün çox dəyərli nəşrdir".

Çıxışlardan öncə kitabın müəllifi yeni nəşr haqqında geniş məlumat verib, mövzunun və ideyanın qaynağından danışıb: "Bu mənim sayca 13-cü, Qarabağ mövzusuna həsr olunmuş isə 6-cı kitabımdır. Bu mövzuya həsr olunmuş bir çox kitablarımı çox böyük çətinliklə ingilis və rus dillərinə tərcümə etdirib, çap etdirmişəm ki, bu həqiqətlər bizi düşmən kimi görənlərin də əlinə keçsin və onlar bunu oxuyub, məlumatlansınlar. Qarabağla bağlı yazılarımın bir çoxu özümün şəxsən 1991-ci ildən atəşkəsə kimi ön cəbhədə gördüklərimdir. Müharibəni adətən, kişilər başlayır, əsas ağrını, acını isə qadınlar və uşaqlar çəkir. Bu kitabın qəhrəmanları olan qadınlarımız, qızlarımızın çoxu ön cəbhədə yaralı əsgərlərimizin köməyi, dayağı olan həkimlərimiz, tibb bacılarımızdır. Onların gərgin və məşəqqətli fəaliyyətindən yazmamaq mümkün deyil. Ayrı-ayrı məqalələr, həkayələr yazılıb, amma tədqiqat əsəri kimi, sistemli şəkildə kitab yox idi. Mən bunu eləmək istədim. Vətən müharibəmizin qadın döyüşçüləri, onların taleyi məni narahat edirdi. Buradakılar həqiqi həyat hekayələridir. Burada az da olsa məşəqqətli əsirlik həyatı yaşamış qızlarımızın da həyatından yazmışam. Bu qızlar müharibəyə müharibənin özünü öldürməyə getmişdilər.

Qarabağ hekayətlərinin yer aldığı yeni kitabım bu qanlı savaşa atılıb kişilərlə çiyin-çiyinə döyüşən qadınlarımızın, habelə məşəqqətli əsirlik həyatına məhkum olmuş qız-gəlinin ağrı-acılı taleyindən söz açır. Bu publisistika nümunəsini Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun 100 illiyinə həsr etmişəm". Müəllif kitabın "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin dəstəyi ilə çap olunduğunu da vurğulayıb. Yazıçı Elçin Hüseynbəyli çıxışında mövzunun və kitabın əhəmiyyətindən söz açıb: "Kitab çox ağrılı, acılı mövzuya həsr olunub. O qurbanlarla, onların ailələri ilə hər dəfə edilən söhbət o ağrıları təzədən yaşadır. Mən inanıram ki, Zemfira xanımın bu kitabındakı ayrı-ayrı hadisələr əsasında hansısa əsər, hekayə yazılacaq. Çünki bu kitab yazılacaq Qarabağ əsərləri üçün bir mənbədir".

Qarabağ müharibəsi veteranı Rüxsarə Cumayeva çıxışında həmin illəri xatırlayıb: "Bəzən deyirlər ki, tibb bacıları orada nə edib axı. Orda nələr yaşadığımızı biz bilirik. Biz oradakı döyüşlərimizlə qürur duyuruq. Bu qədər böyük fədakarlıqları ancaq Azərbaycan xanımları edə bilərdilər. Qarabağla bağlı bircə cümlə belə yazan, bizi unutmayan, unutdurmayan hər kəsə təşəkkür edirəm".

Daha sonra kitabın redaktoru Xəyal Rza, Şahin Musaoğlu, Varis Yolçuyev, Nəzakət Məmmədli, Aləm Kəngərli, Fərqanə Mehdiyeva, Qəşəm Nəcəfzadə, Təranə Vahid və başqaları çıxış edərək kitab haqqında fikirlərini bölüşüb, müəllifə daha böyük yaradıcılıq uğurları diləyiblər.

Baxış sayı : 998
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22 "Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb" 2021-01-15 09:55:37 Prezident və xanımı Şuşaya səfər ediblər - VİDEO 2021-01-15 09:40:09 İşğal altında olan 128 alban məbədi erməni qriqoryan kilsəsinə çevrilib 2021-01-14 19:00:11 Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər 2021-01-14 11:15:34 “Metsamor” təhdidi: Regionda yeni münaqişə alovlana bilər 2021-01-14 09:25:45 Almaniyalı jurnalist ermənilərin Bərdə, Ağdam və Tərtərdə törətdiyi vəhşiliklərlə bağlı məqalə hazırlayıb 2021-01-14 09:05:52 Ombudsman Qarabağda diversant qüvvələrin yerləşdirilməsini pislədi 2021-01-14 08:50:30 Putin və Ərdoğan arasında Qarabağ müzakirəsi 2021-01-14 08:40:32 11 yanvar-Azərbaycanın dünyada tanınması günüdür- Nəsiman Yaqublunun araşdırması 2021-01-13 10:20:57 “Qarabağnamə” tamaşası onlayn göstəriləcək 2021-01-13 09:20:14 “Euractiv” portalı: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüsünün reallaşması üçün fürsət yaranıb 2021-01-13 09:05:14 Rusiyalı deputat: Otuz il davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə çevrilir 2021-01-13 08:40:38 Qazaxıstanlı rejissorlar Qarabağla bağlı film çəkdi 2021-01-13 08:10:11 Neftqaztikinti Trestinin əməkdaşları “YAŞAT” fonduna 200 min manatdan artıq vəsait köçürüb 2021-01-12 18:50:42 Vüsal Qasımlı: Regional kommunikasiyaların açılması iqtisadi arxitekturanı dəyişəcək 2021-01-12 14:55:58