SİYASƏT
A- A A+

Azərbaycanın tolerantlıq modeli Los-Ancelesdə müzakirə olunub

2015-08-18 11:40:59

Los-Ancelesdəki yəhudi icmasının nüfuzlu dini mərkəzlərindən olan “Valley Outreach” sinaqoqunda Azərbaycan ilə bağlı təqdimat keçirilib

Sinaqoqun 500-dək üzvünün qatıldığı tədbirdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib. Sinaqoqun rəhbəri Ravvin Ron Li Paz tədbiri açaraq bildirib ki, hazırda Yaxın Şərq regionu başda olmaqla, dünyanın bir sıra bölgələrində dini dözümsüzlüyün və fərqli mədəniyyətlərə qarşı zorakılığın artdığı bir vaxtda Azərbaycan qədim tolerantlıq ənənələri və dünyəvi dövlətçilik praktikası ilə dünya xalqlarına çox dəyərli mesajlar verir. Ravvin bu sahədə nümunəvi model təşkil edən Azərbaycanı “qaranlıqlara işıq saçan nur” adlandırıb. 
Baş konsul Nəsimi Ağayev Azərbaycanın yerləşdiyi siyasi-coğrafi məkan barədə məlumat verərək Sovet İttifaqının süqutundan sonra ölkəmizin keçdiyi sürətli inkişaf yolundan bəhs edib. Diplomat bildirib ki, Azərbaycan xalqı 1918-ci ildə İslam dünyasında ilk demokratik respublikanı təsis edərək dünya xalqlarının mütərəqqi tarixində layiqli yer tutub. Nəsimi Ağayev Azərbaycanda qədim dövrlərdən etibarən etnik və dini icmalar arasında, o cümlədən müsəlmanlar, xristianlar və yəhudilərin qarşılıqlı münasibətlərində güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu bildirib. Baş konsul həmin ənənələrin bu gün Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyi ilə inkişaf edərək yüksək səviyyəyə çatdığını vurğulayıb. 
Diplomat, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına, eləcə də neft-qaz yataqlarının istismarı sahəsində geniş təcrübəyə sahib olduğunu bildirən N.Ağayev ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli roldan bəhs edib. Sonra baş konsul iştirakçıların suallarını cavablandırıb.

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1095

QHT və MEDİA

2019-12-09 11:00:11

QHT və MEDİA
“Çingiz dastanı” Horadizdə təqdim edili...
“Çingiz dastanı” Horadizdə təqdim edili...

Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyanı bölgəyə səfər edən Bakı Bələdiyyə ...

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...