SOSİAL
A- A A+

BMT-də Azərbaycanın irəli sürdüyü "İtkin düşmüş şəxslər" qətnaməsi qəbul edildi

2018-12-19 09:40:33

BMT Baş Assambleyasının (BA) plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib. 62 ölkə qətnaməyə həm-müəllif kimi qoşulub

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir. Qətnamədə dünyanın bir sıra yerlərində silahlı münaqişələrin və bunun nəticəsində itkin düşmüş şəxslərin sayının artması ilə bağlı dərin narahatlıq ifadə olunur və qeyd edilir ki, itkin düşmüş şəxslər problemi onların ailələrinə böyük iztirablar gətirir və münaqişələrə son qoyulması sahəsində həyata keçirilən səylərə mənfi fəsadlar törətməkdə davam edir. Qətnamə dövlətləri beynəlxalq humanitar hüququn müddəalarına hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlər həyata keçirməyə, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etməyə çağırır. Qətnamə itkin düşmüş şəxslərin ailələrinin əzizlərinin taleyi barədə məlumat əldə etmək hüququnu təsdiq edir. Qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır. Qətnamədə BMT baş katibinin BA-nın 75-ci sessiyasına (2020) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair praktiki tövsiyələrin də yer aldığı müfəssəl hesabat təqdim etməsi çağırışı yer alır.


Kateqoriya : SOSİAL Baxış sayı : 226

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...