SOSİAL
A- A A+

"Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir"

2018-12-18 10:15:19

"Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir"

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bütün yeniliklər tərəfimizdən izlənilir, lazımi tədbirlər görülür, onların ailə üzvləri ilə mütəmadi əlaqələr saxlanılır:

"Girovların taleyi bizim üçün çox əhəmiyyətlidir. Bu, böyük bir qanunsuzluq, haqsızlıqdır. Biz bütün beynəlxalq tədbirlərdə bu mövzunu qaldırırıq, qaldıracağıq da. Hesab edirik ki, öz torpağında, vətənində heç kəs haqsızlıqla qarşılaşmamalıdır. Beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlamalıdır, ikili standartlara yol verməməlidirlər. Yəni başqa bir ölkədə belə bir haqsızlıq baş verərsə, bütün beynəlxalq təşkilatlar bunu diqqət mərkəzində saxlayarlar".

A. Bağırov bildirib ki, gecə-gündüz qarayaxma ilə məşğul olanlar qətiyyən bu mövzunu gündəmə gətirmirlər:

"Sual olunur: nə üçün? Nəyə görə Azərbaycan xalqını, dövlətini ən çox narahat edən problem bəzi insanların marağında deyil? Məsələ bəsit və sadədir... Həmin şəxslər xaricdən idarə olunurlar və onlara belə bir tapşırıq verilməyib. Təəssüf edirik ki, Azərbaycana qarşı qarayaxma ilə məşğul olan şəxslər qətiyyən bu mövzuya toxunmurlar".

O vurğulayıb ki, girovların dəyişdirilməsi ilə bağlı ermənilərin tutarlı cavabı yoxdur:

"Onların məqsədi vaxt uzatmaqdır. Əminəm ki, onlar bütün məsələlərdə bu taktikadan istifadə edirlər. Amma bu, uzun sürə bilməz. Çünki hər şeyin gec-tez sonu olmalıdır. Avropa Məhkəməsi bəzi işlərdə olduğu kimi, bu işə də təxirə salmadan baxmalıdır. Onlar ikili standartlara yol verməməli, ədalət bərpa olunmalı, girovlarımız azadlığa buraxılmalıdır".


Kateqoriya : SOSİAL Baxış sayı : 266

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...