İQTİSADİ
A- A A+

UNEC-dən iqtisad elminin tədrisinə daha bir töhfə

2018-12-18 09:45:15

.

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.Kruqman, M.Obstfeld və M.J.Melitz), “Makroiqtisadiyyat” (O.Blanşar) və “Mikroiqtisadiyyatın əsasları” (K.E.Keys, R.C.Feyr və Ş.E.Oster) kitabları Azərbaycan dilinə tərcümə olunub. Kitabların tərcüməsi və nəşri “BP-Azerbaijan” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib. Tərcümə prosesində iqtisadi termin və söz birləşmələrindən ibarət qısa lüğət də hazırlanıb. Ölkədə iqtisad elminin tədrisində mühüm rol oynayacaq kitablar geniş ictimaiyyətə təqdim olunub.

“Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” kitabının Azərbaycan dilinə tərcümə olunmasında UNEC-in əməkdaşları aparıcı rol oynayıb. Nəfis tərtibat və yüksək keyfiyyətlə nəşr olunan kitabın tərcüməsinin elmi redaktoru UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Anar Rzayevdir. Dünyanın nüfuzlu universitetlərində iqtisad elmi üzrə istifadə olunan kitabda müəlliflər beynəlxalq ticarət mənbələri ilə bağlı ənənəvi fikir və müqayisəli təhlillər vasitəsilə miqyas iqtisadiyyatını ortaya qoyublar.

Kitabda beynəlxalq iqtisadiyyat fənninin ən önəmli yenilikləri yer alıb. Oxucular real həyat hadisələri ilə nəzəri baxışları əks etdirən çox maraqlı nümunələr və konkret məqamlarla tanış olacaqlar. UNEC-in müəllim və tələbələri kitabı universitetin 24/7 kitabxanasından əldə edə biləcəklər.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 375

QHT və MEDİA

2019-10-14 07:55:50

QHT və MEDİA
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və ...

2019-10-12 16:50:30

QHT və MEDİA
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...

"Azərbaycan Prezidenti İlham Əliyev Qaragin Njde ilə bağlı çıxışında heç bir ...

CƏMİYYƏT

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

2019-10-02 08:20:52

CƏMİYYƏT
Oljas Süleymanov azərbaycanlıları öz dər...
Oljas Süleymanov azərbaycanlıları öz dər...

“İnsanı əvvəl kitab, sonra məktəb tərbiyələndirir. İndi ədəbiyyat yaranmır. Ç...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...