QHT və MEDİA
A- A A+

YAP Pirallahı rayon təşkilatının toplantısı keçirilib

2018-12-17 17:30:38

.

17 dekabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında iclas keçirildi. İclasın gündəliyində duran əsas məsələ Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında yeni sədrin seçilməsi idi. İclası giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ilk öncə ümummilli lider Heydər Əliyevin vəfatının dekabr ayının 12-də növbəti ildönümünü 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi.

Ulu öndər Heydər Əliyevin xatirəsi anıldıqdan sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, 1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin,vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.

YAP zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın, xalqımızın həyatında tarixi bir dönüş, intibah dövrü kimi yadda qalmışdır. Məhz bu inkişafın nəticəsidir ki, Bakı şəhərinin yeni yaranmış Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının yaranması zərurəti meydana çıxdı. 17 iyul 2013-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı yarandığı gündən rayonumuzun inkişafında və ictimai həyatında mühüm rol oynamışdır. Bu gün YAP Pirallahı rayon təşkilatının 6 minə yaxın üzvü var ki, bu da cəmi 20 min əhalisi olan rayonumuzda respublika üzrə ən yüksək faiz göstəricisidir.

2018-ci ildə YAP Pirallahı rayon təşkilatı bir çox uğurlara imza atmışdır. YAP Pirallahı rayon təşkilatının fəaliyyətində xüsusilə fərqlənən ərazi ilk partiya təşkilatları vardır. YAP Pirallahı rayon təşkilatının Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı bu baxımdam ən nümunəvi ərazi ilk partiya təşkilatıdır. Rayonun icyimai-siyasi həyatında aktivliyi ilə yanaşı keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı aktivliyi ilə seçilir.

İclasın gündəliyində nəzərdə tutulmuş birinci məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı sədrinin müavini Seymur Yusibov 2018-ci ildə təşkilatın gördüyü işlər barədə Hesabat məruzəsi ilə çıxış etdi. İclas iştirakçılarının yekdil qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olundu. İclasın gündəliyində duran 2-ci məsələ - Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatına yeni sədrin seçilməsi ilə əlaqədar iclas iştirakçıları Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəylinin namizədliyini irəli sürdülər. Təkliflərdən sonra Anara Hacıbəylinin sədrliyə namizədliyi səsvermə yolu ilə yekdilliklə qəbul olundu. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov yeni seçilmiş sədri təbrik edərək, siyasi fəaliyyətində uğurlar arzu etdi.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 475

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...