İQTİSADİ
A- A A+

Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq

2018-12-16 21:25:31

Gürcüstanın paytaxtı Tbilisidə II Beynəlxalq Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumu (TISIFF-2018) keçirilir

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təmsil edir. Gürcüstan hökuməti, parlamenti və iqtisadi inkişaf üçün innovativ qrupun qlobal katibliyi ilə birgə təşkil olunan Forumda BMT-nin maliyyələşdirmə ilə məşğul olan milli və regional təşkilatlarının üzvləri, beynəlxalq inkişaf agentliklərinin və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər. Tədbirdə innovativ maliyyələşdirmənin təkmilləşdirilməsi, qlobal həmrəylik vergiləri və davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsində mərkəzləşdirilməmiş məlumat bazalarının yeniləşdirilməsi məsələləri müzakirə olunub. Ziyad Səmədzadə Forumda çıxış edərək müzakirə olunan məsələlərə münasibətini bildirib. O, Azərbaycanın BMT-nin təşkilatçılığı ilə həyata keçirilən layihədə iştirakı, dayanaqlı inkişafa nail olmaq üçün ölkəmizdə görülən işlər, Azərbaycan dövlətinin məqsədyönlü iqtisadi siyasətinin uğurlu nəticələri barədə məlumat verib.

Tədbirlə əlaqədar Ziyad Səmədzadə jurnalistlərə müsahibəsində deyib ki, qloballaşan dünyada bütün resurslardan səmərəli istifadə hər bir ölkə üçün çox vacibdir. Azərbaycanda bu məsələyə xüsusi diqqət yetirilir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun şaxələndirilməsi, insan kapitalından səmərəli istifadə ilə bağlı görülən işlər iqtisadi göstəricilərimizi daha da yaxşılaşdıracaq. Biz, Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacağıq. Artıq bir sıra istiqamətlərdə - yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması, dayanıqlı inkişafın sürətinin artırılması, dövlətlə sahibkarlar arasında münasibətlərin şəffaflığı və digər tədbirlər öz müsbət nəticələrini verir. Bu işdə biz beynəlxalq təcrübədən istifadə etməklə yanaşı, milli maraqlarımızı da nəzərə alırıq.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 475

QHT və MEDİA

2020-01-27 08:40:28

QHT və MEDİA
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının...
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının...

Nyu-Yorkdakı “Millenium-Hilton” otelində İslam Konfransı Təşkilatının (İKT, i...

2020-01-26 00:15:42

QHT və MEDİA
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...

“Qarabağa gedirəm, Qarabağda bizı gözləyən torpağlarımızı azad etmək üçün ge...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-20 14:20:48

CƏMİYYƏT
Cənub həsrətinə, milli tariximizə öz şei...
Cənub həsrətinə, milli tariximizə öz şei...

Şair-publisist Əvəz Müəllim (Hacıyev) Azərbaycan Pedaqoji Universitetinin riy...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...