CƏMİYYƏT
A- A A+

Erməni işğalının yaratdığı humanitar-mənəvi itkilər

2018-12-16 18:45:15

Erməni işğalının insan faktoruna vurduğu humanitar-mənəvi itkilər, İnsan sağlamlığının itirilməsindən yaranan iqtisadi itkinin qiymətləndirilməsi nəzəriyyəsi “həyatın keyfiyyəti” anlayışından istifadəyə əsaslanan normativ metodun modifikasiyasına uyğundur. Ümumi halda bu anlayış insanın ona xas olan funksiyaları yerinə yetirən fiziki və psixoloji amillərin geniş dairəsini əhatə edir.

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilməsində ilk növbədə mənəvi iztirab, soyqırım, işgəncə, qorxu kimi amillər nəzərə alınmalıdır. Bu hal nəinki qaçqın və məcburi köçkünləri eləcədə bütün ölkənin əhali qrupunu əhatə edir. Mövcud sağlamlıq səviyyəsində zərərçəkənin hissləri və funksional imkanları həyatın keyfiyyətinin ölçülməsi üçün əsas kimi çıxış edir.

Nəzərə almaq lazımdır ki, qaçqın və məcburi köçkünlərin mənəvi iztirab, soyqırım, işgəncə, qorxu nəticəsində, sağlamlığının itirilməsindən yaranan fiziki itkiləri xarakterizə edir. Bu hisslərin ölkənin digər əhali qrupunu da əhatə edə biləcəyi istisna deyil. Sağlamlığın itirilməsinə görə kompensasiyaların ölçüsünün müəyyən edilməsində Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimal ölçüləri haqqında” konvensiyası nəzərdə tutulsa da, bu konvensiyada insanların mənəvi iztirab, soyqırım, işgəncə, qorxu nəticəsində, sağlamlığının itirilməsindən yaranan fiziki itkilər nəzərə alınmır.

Belə ki, konvensiyada sağlamlığın itirilməsinin dəyər göstəricilərinin qiymətləndirilməsinin analitik metodları adətən müəyyən konseptual təsəvvürlərə əsaslanır ki, bunlara əsasən itirilmiş vaxtın dəyəri aşağıdakılar üzrə müəyyən edilir:

• itirilmiş gəlirin kəmiyyəti;

• itkilərdən kənarlaşmaq üçün insanın etmək istədiyi ödənişin məbləği (ödənişə hazırlıq metodu);

• nəzərdə tutulan dövrdə ictimai sektorda ölüm hallarının azaldılması xərclərinin məbləği;

• “həyatın sığortalanması” metodu;

• “vaxtın qiyməti” göstəricisindən istifadə və s.

Vaxtın dəyərinin gəlir itkiləri üzrə qiymətləndirilməsi konsepsiyasına uyğun olaraq bu itkilərin kəmiyyəti onların cari dəyəri ilə istehlak xərclərinin məbləği arasındakı fərq kimi və müxtəlif dövrlər üzrə kəmiyyətlər arasında diskont nisbətlərin uçotu ilə hesablanır.

Ümumiyyətlə, insan həyatı illərinin qiymətliliyinin yalnız göstərilən gəlirlərin kəmiyyəti ilə müəyyən edilməsi metodologiyasını qəbul etmək bir qədər çətindir. Bununla əlaqədar olaraq ödənişə hazırlıq metodu insan həyatının mənəvi dəyərinin bir çox amillərinin uçotu da nəzərə alınmalıdır. Bu metod mahiyyət etibarilə Pareto meyarlarından istifadəni nəzərdə tutur. Pareto meyarlarına görə heç olmazsa bir əhali qrupunun (bir nəfərin deyil) vəziyyətini yaxşılaşdıran istənilən tədbir səmərəli sayılır. İnsan həyatının qiymətləndirilməsində ödənişə hazırlıq metodundan istifadə əsaslandırılarkən nəzərdə tutulur ki, bütün insanlar ölüm, sağlamlığın itirilməsi və s. üzrə risklərin azaldılmasına müəyyən qədər vəsait xərcləyirlər. Məlumdur ki, qeyd olunan hallar tam aradan qalxmasa da, onların baş verməsi ehtimalı azalır. Beləliklə, ömür müddətinin artması insanın sonrakı illərdə yaşaması ehtimalının kəmiyyətinin artımına ekvivalentdir. Təcrübədə insan həyatının dəyərinin qiymətləndirilməsi üzrə nəzərə alınan modellərdən istifadənin əsas çətinlikləri insan həyatının müxtəlif dövrləri üzrə malik olduğu nemətlərin faydalılığının müəyyən edilməsi ilə bağlıdır.

Ayrı-ayrı ölkələrdə vətəndaşların orta ömür müddəti fərqli olduğu kimi bu və ya digər səbəbdən (ölüm, əlillik, xəstəlik və s.) sağlamlığını itirmiş şəxslərə verilən kompensasiyalar da fərqlənir.

Təbii ki, həyat fəaliyyəti riskləri normativlərini sətrləşdirən ölkələr qanunvericiliklə insan həyatının və sağlamlığının itirilməsinə görə daha yüksək kompensasiya dərəcələrini təsdiq edirlər. Aparılan araşdırmalardan məlum olur ki, bir çox ölkələrdə həyat və sağlamlığın iqtisadi qiymətləndirilməsi kifayət qədər ciddi şəkildə zərərçəkənin əmək haqqı (gəlir) səviyyəsinə bağlanır. O zaman belə bir nəticəyə gəlmək olar ki, Ermənistanın təcavüzü nəticəsində, azərbaycanlı qaçqın və məcburi köçkün əhalinin mənəvi itkiləri ikili zərər xarakteri daşıyır. Başqa sözlə, bir tərəfdən Ermənistanın təcavüzü nəticəsində insanlar həlak olur, mənəvi iztirab, soyqırım, işgəncə, qorxu nəticəsində, iş qabiliyyətini itirir və nəticədə onların ailələri gəlirlərinin bir hissəsindən məhrum olurlar.

Digər tərəfdən, dövlət belə ailələrə müxtəlif forma və ölçülərdə himayədarlıq etmək məcburiyyətində qalır. Deməli, bu halda Azərbaycan dövləti hər iki istiqamətdə zərərlə üzləşir.

1988-1994-cü illərdə, eləcədə davam edən atəşkəs dövründə Azərbaycan Respublikasına Ermənistanın silahlı təcavüzü nəticəsində çoxsahəli zərərlər aşağıdakı kimi səciyyələnir. S/s İtki və tələfatların növləri 1 Əhaliyə vurulan zərərlər, o cümlədən:

İnsan sağlamlığının itirilməsi nəticəsində vurulmuş humanitar-mənəvi zərərlər

Xocalı soyqırımı

Terror qurbanları üzrə

Münaqışə nəticəsində həlak olanlar üzrə

Əsir, girov və itkin düşənlər üzrə

Əlil olanlar üzrə

Qaçqın və məcburi köçkünlər üzrə

2 Maddi zərərlər:

Yaşayış evləri üzrə

Yardımçı tikililər üzrə

Ev əşyaları üzrə

Məişət əşyaları üzrə

İribuynuzlu mal-qara üzrə

Xırdabuynuzlu mal-qara üzrə

Ev quşları üzrə

Təkdırnaqlılar üzrə

Şəxsi avtomobilləri üzrə

Arı ailələri üzrə

Həyətyanı, bağ və bostan sahələrindən istifadədən məhrumiyyətlər üzrə

Faiq İsmayılov


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 418

QHT və MEDİA

2019-06-17 09:45:02

QHT və MEDİA
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bir q...

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

CƏMİYYƏT

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...