MÜSAHİBƏ
A- A A+

Yaponiyalı tələbə: Azərbaycan müasir düşüncəli və sülhsevər ölkədir

2018-12-15 10:30:28

Yaponiyanın nüfuzlu Keyo Universitetinin tələbələri Azərbaycana tədqiqat məqsədli səfər ediblər. Universitetin tələbə təşkilatının üzvləri Qafqaza səfər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat toplayıblar

Fact-info.az-ın məlumatına görə, səfər barədə təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən siyasi menecment fakültəsinin tələbəsi Sae Nakae deyib: “Mənim də üzvü olduğum universitet tələbə təşkilatının əsas məqsədi qlobal məsələləri birbaşa yerində araşdırmaqdır. Bu məsələlər sırasında ölkələrarası münaqişələr xüsusi yer tutur. Bu ilin əvvəlində təşkilatın üzvlərindən biri Azərbaycan da daxil olmaqla, Qafqaz ölkələrinə səyahət etməyi təklif etdi.

Fakültəmizin müəllimi, professor Yoko Hirose bizə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər məlumat vermişdi. Onun bu münaqişə barədə məqalələri ilə də tanış idik. Buna baxmayaraq, bu mövzu mənim diqqətimi çox çəkirdi. Universitetin siyasi menecment, elm və mühəndislik, iqtisadiyyat, hüquq, biznes və ticarət fakültələrində təhsil alan 8 tələbə yoldaşımla Qafqaza yollandıq. Üç həftə davam edən səfər zamanı Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyada olduq. Azərbaycanda 3 gecə 4 gün qaldıq. Bakı və Şəki şəhərlərini gəzib, ölkəniz haqqında ətraflı məlumat topladıq. Araşdırdığımız əsas məsələ Ermənistan və Azərbaycan arasındakı münaqişə idi. Bakıda Multikulturalizm Mərkəzində olarkən bizə bu münaqişə barədə ətraflı məlumat verdilər. Qaçqınlar və məcburi köçkünlər, bu münaqişənin ölkə iqtisadiyyatına vurduğu ziyan barədə də geniş məlumat topladıq. Əldə etdiyimiz məlumatlar Azərbaycanın güclü bir dövlət olduğunu göstərdi. Səfər zamanı ölkənizin və xalqınızın münaqişə ilə bağlı mövqeyini öyrəndik”.

Keyo Universitetinin tələbəsi Bakı şəhərini çox bəyəndiklərini də bildirib: “Çox gözəl paytaxtınız var. Bizə Avropa şəhərlərini xatırlatdı. Bakıda həm qədim, həm də modern tikililər öz gözəlliyi ilə bizi valeh etdi. Şəhərdə gəzdiyimiz zaman yerli əhali ilə də söhbət etmək imkanımız oldu. Çox mehriban, istiqanlı xalqsınız”.

Gələcəkdə bir daha Azərbaycana səfər etmək istədiyini bildirən yapon tələbə, Azərbaycanın dünya ölkələri arasında mühüm yer tutduğunu da qeyd edib: “Səfərdən qayıdandan sonra keçiriləcək iclas üçün tələbə yoldaşlarımızla xüsusi təqdimat hazırladıq. Hamı belə qənaətdə idi ki, səfər zamanı qarşılaşdığımız ən maraqlı ölkə məhz Azərbaycan idi. Buna görə də ölkənizə bir daha səfər edib, daha ətraflı araşdırmalar aparmaq niyyətindəyik. Əlbəttə ki, münaqişələr haqqında araşdırma aparmaq, fikir söyləmək çox çətindir. Amma düşünürəm ki, iki ölkə arasında münaqişə sülh yolu ilə həll ediləcək. Belə düşünməyimin səbəbi isə Azərbaycanın müasir düşüncəli və sülhsevər ölkə olmasıdır”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 626

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...