SİYASƏT
A- A A+

"Azərbaycan torpaqlarının işğalı Ermənistanın istədiyi nəticəni verməyəcək"

2018-12-15 10:40:30

.

Azərbaycan torpaqlarının işğalı heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclasında deyib.

Nazir qeyd edib ki, Azərbaycan Qara dəniz regionunun gələcək rifahına qətiyyətlə inanır və bu gələcəyin yalnız yaxşı qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurulmasından heç bir şübhəsi yoxdur:

“Regional əməkdaşlıq üçün, xüsusilə də QDİƏT məkanında ən böyük maneələr həll olunmamış münaqişələrdir. Azərbaycan və Ermənistan üçün bu, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan torpaqlarının işğalı heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Azərbaycanın əsas mövqeyi QDİƏT nizamnaməsində də təsdiq edilən beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə əsaslanır". E.Məmmədyarov əlavə edib ki, hələ də davam edən işğalçılıq və özünütəcrid siyasəti Ermənistanı regionda iqtisadi artım və ticarət potensialından məhrum edir: "Bu, həmçinin bir-birimizin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə ümumi regional ticarət qurmaq səylərimizə xələl gətirir. Biz ümid edirik ki, bu ölkənin xalqının mandatına əsasən Ermənistanda yeni bir hökumət formalaşdıqda, gələn il irəliləyiş əldə etməliyik və bölgəyə sülh, sabitlik və tərəqqi gətirmək üçün yaxşı imkan yaratmalıyıq".


Kateqoriya : SİYASƏT Baxış sayı : 297

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...