QHT və MEDİA
A- A A+

QHT hesabat-seçki toplantısı keçirib

2018-12-15 10:20:56

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin III hesabat-seçki yığıncağı keçirildi

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədilə yaradılmış Təşkilat Komitəsinin üzvü Ayna Allahyarqızı açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ümumi Yığıncağa hazırlıq məqsədilə yaradılmış Təşkilat Komitəsinin sədri, II dərəcəli müharibə əlili, ehtiyatda olan zabit Hacı Zahid Qarayev hesabat-seçki yığıncağında səsvermə hüququ ilə iştirak edən üzvlər və qonaqlar haqda məlumat verdi.

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “İnkişaf TV” İnternet Televiziyasının baş redaktoru, “fact-info.az” və “xebertv.az” saytlarının redaktoru,”Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi”medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu Birliyin ötən 2 ildəki fəaliyyəti barədə danışdı. Qeyd etdi ki, son 2 il ərzində dövlət təşkilatlarından və digər imkanlı şəxslərdən yardım almayan “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi özü-özünü maliyyələşdirib. Hətta, Birliyin fəalları Dilbər Sultanova, Aqil Məmmədov, Ayna Allahyarqızının təşkilatçılığı altında xarici ölkələrdə məlum soyqırımın tanıdılması məqsədilə tədbirlər keçirilib. Ş.Sabiroğlu öz məruzəsində Ordu-xalq münasibətinə də toxundu.

Əminliklə bildirdi ki, torpaqlarımız tezliklə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Ordusunun şəxsi heyəti tərəfindən düşmən tapdağından azad ediləcəkdir. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi sədrinin müavini xanım Dilbər Sultanova, Birliyin Gəncə Regional Departamentinin sədri, Xocalı Mərkəzi rayon Xəstəxanasının baş həkimi, II dərəcəli müharibə əlili, “Tərəqqi”medalının mükafatçısı Aqil Məmmədov, Birliyin Abşeron rayon şöbəsinin sədri xanım Fazilə Məmmədova fəaliyyətləri haqda məlumat verdilər.

Demokratik Azərbaycan Dünyası Partiyası sədrinin müavini Telman Mirzəyev, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, Milli Məclisin deputatı xanım Flora Qasımovanın köməkçisi, “Qarabağ TV”saytının baş redaktoru, şəhid övladı Səbuhi Gündüz, Birliyin üzvü, şəhid Vasif Məmmədovun ömür-gün yoldaşı xanım Ceyran Əzizova Şamil Sabiroğlunun rəhbərliyi altında fəaliyyət göstərən “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin fəaliyyətini qənaətbəxş qiymətləndirdilər. Birliyin üzvü Xəlil Vəliyev təklif və iradlarını bildirdi.

Daha sonra sədrin fəaliyyəti qiymətləndirildi, yeni tərkibdə İdarə heyəti və Nəzarət-Təftiş Komissiyası seçildi. İdarə heyətinin yeni tərkibdə heyəti açıqlandı: Şamil Sabiroğlu, Dilbər Sultanova, Ayna Novruzova, Əjdər Hümmətov, Aqil Məmmədov, Fiqurə Rüstəmova, Dürdanə Ağayeva, Hüseynağa Quliyev, Ceyran Əzizova, Nəzarət-Təftiş Komissiyasının üzvləri-Hacı Zahid Qarayev(sədr), Nəriman Əzimzadə(üzv) seçildilər. Ağsaqqallar Şurasının da üzvləri məlum oldu: Mübariz Allahverdiyev, Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası Kafedrasının Professoru, t.e.d., Yusif Savalan( Allahverdiyev), Azərbaycan Dillər Universitetinin Alman dilinin tərcüməsi Kafedrasının dosenti, şair-tərcüməçi, Oqtay Abdullayev, Xocalı sakini, Nazim Hüseynov, Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün. Şamil Sabiroğlu 22 səslə yenidən və 4 il müddətinə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri seçildi.

Məhəbbət Orucov, Şamilə Şamilqızı.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 411

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...