SOSİAL
A- A A+

YAP Pirallahı rayon təşkilatı ümummilli lideri Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar anım tədbiri keçirib

2018-12-12 16:30:19

12 dekabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Neft Daşları ərazi ilk partiya təşkilatında xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar anım tədbiri keçirildi

Tədbir öncəsi Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Neft Daşları ərazi ilk partiya təşkilatının fəalları ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini yad etmişlər. Tədbir dəyirmi masa ətrafında davam etdirilmişdir.

Neft Daşları NQÇİ-nin baş mühəndisi Azər Rüstəmov tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki, ümummilli liderin hakimiyyəti dövründə Azərbaycanın neft sənayesi öz işıqlı əməlləri ilə xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin adı xüsusi qürur hissi ilə çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur. Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Neft Daşları ərazi ilk partiya təşkilatı sədrinin müavini Əhməd Musayev çıxışında qeyd etmişdir ki, milli müstəqilliyimizin xilaskarı Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti ümummilli liderin hakimiyyəti dövründə iqtisadiyyatın, elmin, mədəniyyətin, təhsilin inkişafında misilsiz nailiyyətlər əldə etmişdir. Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında yeni zirvələrə doğru inamla addımlayır.

Azərbaycanın yüksəliş dövrü neft-qaz sənayesinin inkişafının yeni mərhələsi ilə səciyyələnir. Bu mərhələnin başlanğıcı 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi haqqında “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyini bir daha təsdiqləyən, onun dünya birliyinə üzvi surətdə inteqrasiyasına, beynəlxalq enerji bazarında önəmli yer tutmasına yol açan misilsiz siyasi-iqtisadi əhəmiyyətə malik epoxal bir sənəddir.

"Neft Daşları" qəzetinin baş redaktoru Xeyrulla Ağayev çıxışında qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.


Kateqoriya : SOSİAL Baxış sayı : 256

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...