CƏMİYYƏT
A- A A+

“Zamana şöhrətdir sənin qüdrətin” kitabının təqdimatı olub

2018-12-12 09:40:41

Dekabrın 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Qızıl qələm” mükafatı laureatı, Prezident təqaüdçüsü, şair Süleyman Rzazadənin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyi münasibətilə tərtib etdiyi “Zamana şöhrətdir sənin qüdrətin” kitabının təqdimatı keçirilib

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndində dünyaya göz açan Süleyman Rzazadənin həyat yolu və yaradıcılığından söz açılaraq vurğulanıb ki, bu antologiya şairin oxucularla sayca altıncı görüşüdür. Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ərəfəsində təqdimatı keçirilən bu kitabda müxtəlif yaş qruplarından olan müxtəlif peşə sahiblərinin, hətta orta məktəb şagirdlərinin Ulu Öndərə həsr etdiyi bədii nümunələr toplanıb. Orijinallığı qorunsun deyə bəzi şeirlərə toxunulmamış, olduğu kimi təqdim olunmuşdur.

Təqdimat mərasimində şairlər Zeynal Vəfa, Dilqəm Quliyev və kitabda şeirləri yer alan qələm adamları çıxış edərək yeni nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər və ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü çoxsaylı işlərdən söz açıblar. Vurğulanıb ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Gördüyü cahanşümul işlərin nəticəsidir ki, bu gün ölkəmizin hər yerində bu böyük şəxsiyyətin anım günü xalqın yüksək ehtiramı ilə geniş qeyd edilir. Ümummilli Liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir.

“Bu günlər hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Onların adlarını sadalamaqla qurtaran deyil. Heydər Əliyev yazıçıların, bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman Ulu Öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi”,- deyə natiqlər vurğulayıblar. Qeyd edilib ki, “Təknur” mətbəəsində yüksək poliqrafik üslubda, nəfis tərtibatda çap olunan 560 səhifəlik kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağıqızıdır. Diqqətə çatdırılıb ki, kitabda dünya mütəfəkkirlərinin Heydər Əliyev haqqında dəyərli fikirlərinə də geniş yer verilib. Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Süleyman Rzazadə Ulu Öndərə həsr edilmiş kitabların hələ bundan sonra da çap ediləcəyini söyləyib.(Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 583

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...