SOSİAL
A- A A+

Vladimir Solovyov: Heydər Əliyev böyük siyasi xadim idi

2018-12-11 19:45:18

Təəssüf ki, Heydər Əlirza oğlu ilə şəxsi tanışlığım olmayıb, amma onun barəsində çox eşitmişəm. O, hər baxımdan böyük siyasi xadim idi. Ölkəni bütün qlobal dəyişikliklərdən mühafizə etmiş, demək olar ki, Azərbaycanı yenidən qurmuş, qətiyyətli və aydın xətt yürütmüş siyasi xadim idi.

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov söyləyib. O vurğulayıb ki, ölkənin indiki Prezidenti İlham Əliyev Ulu Öndərin kursunu davam etdirir: “Mənə çox xoşdur ki, Azərbaycan Prezidenti məni həmkarım – Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovla birlikdə qəbul etdi. Bu, hətta gözlənilmədən oldu, çünki hər halda respublika Prezidenti ilə Jurnalistlər İttifaqı sədrinin səviyyələri arasında böyük fərq var. Bilirəm ki, sələfim Vsevolod Boqdanov Heydər Əliyevlə sıx ünsiyyət saxlayıb. Onlar hələ o dövrdə Xəzər regionu ölkələrinin jurnalistlərini birləşdirmək barədə düşünüblər.

Prezidentlə söhbət əsnasında mən bunu ona xatırlatdım. O, bu ideyanı böyük maraqla qarşıladı. Görüş çox maraqlı keçdi, biz bir çox ümumi mövzu tapdıq. Prezident tapşırdı ki, Azərbaycana mümkün qədər çox rusiyalı jurnalist gəlsin. Gəlib Azərbaycanda rus dilinin necə inkişaf etdiyini, rusların necə yaşadıqlarını, respublikanın gözəlliklərini görsünlər. Biz jurnalistlərdən, yazıçılardan və şairlərdən ibarət qrup yaradırıq. Ümidvaram ki, onlar Novruz bayramında ölkənizə səfər edəcəklər”.


Kateqoriya : SOSİAL Baxış sayı : 397

QHT və MEDİA

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...