SİYASƏT
A- A A+

Bahar Muradova: "Ermənistanda "seçki oyunu" oynanıldı"

2018-12-10 20:30:29

.

Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən deyib. B.Muradova qeyd edib ki, bu seçkinin əvvəlcədən istənilən nəticəni verməsi üçün bütün addımlar atıldı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarıldı, vətəndaşlar kifayət qədər qorxuduldu:

"Ermənistanda keçirilən seçkilərdə "Seçsəniz də, seçməsəniz də, baş nazir özüm olacağam" prinsipi ilə hərəkət edildi və nəticə ortadadır. Ermənistanda əvvəlcədən bəlli bir nəticə sadəcə təsdiq olunmalı idi. Düşünürəm ki, Ermənistan vətəndaşlarının bu məsələyə münasibəti ortadadır və bu seçkinin nəticələrini təsdiq etməklə legitimlik qazanan siyasi şoumenlərin rəhbərliyi altında yaşamaq, işləmək istəyib-istəmədiklərinə özləri qərar verməlidirlər. Bu onların şəxsi həyatlarıdır, daxili işləridir, amma hər halda regionda baş verən hadisə kimi bizi də narahat edir və maraqlandırır".

Vitse-spiker əlavə edib ki, Ermənistanda keçirilən seçkilərlə bağlı dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdır: "Onlar səsvermə günü belə, ən müxtəlif təzyiq və təhdid dolu çağırışların müşayiəti ilə keçirilən seçkilərə öz obyektiv münasibətlərini bildirməlidirlər".

B.Muradova bildirib ki, bir çox ekspertlərin söylədiyi kimi, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi həlledici dəyişikliklərə imza atılacağı qənaətində deyil: "Elə seçki öncəsi də Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının hərbi xidmət etməsi ilə bağlı səsləndirilən fikirlər, Paşinyanın açıqlamaları - bütün bunlar seçkiyə hesablanmışdı".


Kateqoriya : SİYASƏT Baxış sayı : 307

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...