SİYASƏT
A- A A+

Təbrizi Bakıya əbədi qovuşduran insan

2015-08-15 09:30:17

Türkçülük, azərbaycançılıq ideyalarının böyük ustadına Bakıda heykəl qoyuldu

Dünya şöhrətli ürək cərrahı Cavad Heyətin anım günüdür. Neçə-neçə ürəyi yaşadan həkimin öz ürəyi bir il əvvəl dayanıb. Bu gün onu qəbirüstü abidəsinin açılışında anıblar.
ANS TV-nin məlumatına görə, Cavad Heyət dünyadan düz bir il öncə köç edib. Amma elə bir ad qoyub gedib ki, bu ad azərbaycanlılara çox şey deyir. Əslən İran azərbaycanlısı olan, 1925-ci ildə Təbrizdə anadan olmuş Cavad Heyət tibb sahəsində əldə etdiyi uğurlara görə nəinki İranda, bütün dünyada tanınıb.
İranda ilk böyrək köçürmə əməliyyatını o edib, ilk açıq ürək əməliyyatı da məhz onun adı ilə bağlıdır. Bu günsə, böyük ədibin qəbrüstü abidəsinin açılışına yığışanlar onsuz keçən bir ili yenidən yad etdilər. 
42 illik ürək sirdaşı Fəridə xanım isə deyir ki, o, təkcə həyatının yol yoldaşını itirməyib, həm də tənha qalıb: “Bu bir il mənim üçün çox ağır keçdi. Mənə Bakını o sevdirdi, buranı doğma şəhərimə çevirdi. Onsuz burda yaşamaq, danışmaq çox çətindir. Yoxluğu ilə barışa bilmirəm. Çünki doktor Cavad Heyət xatirələrimdə ən xoş anları ilə qalıb”.
Cavad Heyət təkcə insanlara şəfa verən kardioloq, cərrah deyildi. Bütün həyatı boyu xalqının dili uğrunda həm elmi, həm də ictimai fəaliyyətilə çalışan Cavad Heyəti böyük ictimai-siyasi xadim Güney Azərbaycan Milli Hərəkatının görkəmli siması idi.


 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1027

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...