QHT və MEDİA
A- A A+

Azərbaycan Parlamentinin 100 illiyi Vaşinqtonda qeyd olunub

2018-12-10 08:00:34

Vaşinqtonda məşhur Hərbi Dəniz Qüvvələrinin Mərkəzində Azərbaycan Parlamentinin 100-cü ildönümü ilə əlaqədar ziyafət təşkil olunub. Bu münasibətlə “Əbədi Ezamiyyət” sənədli filminin təqdimatı da keçirilib

ABŞ-ın dövlət qurumlarının, Vaşinqtondakı diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələrinin, ictimai-siyasi xadimlərin də qatıldığı ziyafətdə, ümumilikdə, 250 nəfərdən çox nümayəndə iştirak edib. Ziyafət Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində keçirilib.

Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, həmin respublikanın bir çox sahələrdə, o cümlədən diplomatiya sahəsində uğurlar əldə etdiyini xatırladıb. Bu xüsusda, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, böyük ziyalı Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında fəaliyyətindən danışan səfir çətin şəraitə rəğmən Azərbaycanın de-fakto müstəqilliyinin müttəfiq dövlətlərin Şurası tərəfindən tanınmasına nail olduğunu vurğulayıb. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin uğurları barədə danışan səfir həmin heyətin 1919-cu il mayın 29-da ABŞ Prezidenti V.Vilsonla görüşdüyünü və sonradan V.Vilsonun onlar barədə çox yüksək fikirlər söylədiyini xatırladıb. Ə.Topçubaşov və digər heyət üzvlərinin Azərbaycanın müstəqilliyi naminə həyatlarının sonunadək çalışdıqlarını bildirib.

Səfir xatırladıb ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra Fransaya ilk dəfə rəsmi səfərə gedən ümummilli lider Heydər Əliyev Ə.Topçubaşov və digərlərinin məzarını ziyarət edib. Onların məzarlarının abadlaşdırılmasına xüsusi diqqət ayrılır və dövlətimiz Azərbaycan uğrunda həyatlarının sonunadək çalışmış bu dövlət xadimlərinin xatirəsini bu gün də uca tutur. Səfir vurğulayıb ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik ideallarını layiqincə yaşatmaqdadır.

E. Süleymanov, həmçinin qeyd edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra onun ABŞ tərəfindən tanınması və diplomatik münasibətlər qurması bu günlərdə vəfat etmiş ABŞ-ın 41-ci Prezidenti Corc Herbert Buşun rəhbərliyi dövründə baş verib. Sənədli filmi ərsəyə gətirən bütün heyətə təşəkkürünü bildirən səfir əsərin baş prodüseri Arzu Əliyevaya, filmi hazırlayan Bakı Media Mərkəzinə və göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya xüsusi minnətdarlığını ifadə edib.

Sonra Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ dostluq qrupunun rəhbəri Səməd Seyidov çıxış edib. O, hər bir xalq kimi Azərbaycan xalqının da arzularının olduğunu və müstəqil dövlət qurmaqla bu arzuların bir qisminə nail olunduğunu vurğulayıb. Azərbaycanın müstəqil inkişaf yolu ilə getdiyini söyləyən S.Seyidov Azərbaycan-ABŞ münasibətlərinin vacibliyinə toxunub, ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətini qeyd edib. Daha sonra “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 587

QHT və MEDİA

2020-03-31 08:25:41

QHT və MEDİA
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən...

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...