SİYASƏT
A- A A+

Elçin Mirzəbəyli: Ermənistan təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yox, həm də MDB-də təklənir

2018-12-09 13:40:01

Son zamanlar Ermənistan istisna olmaqla Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndiyinin şahidi oluruq

Bu amil özünü həm ikitərəfli, həm də müxtəlif iqtisadi əməkdaşlıq formatları çərçivəsində - çoxtərəfli münasibətlərdə büruzə verir. Azərbaycanın təkcə regional deyil, daha geniş bir ərazidə - subregional və kontinental geosiyasi, geoiqtisadi proseslərdə fəal rol alması, dövlətlərarası və beynəlxalq münasibətlərdə öhdəliklərinə sadiq qalması, sabit, dayanıqlı və təhlükəsiz inkişaf yolu seçən, qütblərarası manipulyasiyaya yol verməyən, yalnız özünün milli maraqlarından çıxış edən bir dövlət kimi nüfuz qazanması ölkəmizin MDB çərçivəsindəki mövqelərini də kifayət qədər möhkəmləndirib. Bu baxımdan, Rusiya, Belarus və Qazaxıstan kimi nüfuzlu dövlətlərin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa can atması təsadüfi deyil. Hesab edirəm ki, Azərbaycan Prezidentinin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakına və Zirvə görüşü çərçivəsində keçirilən tədbirlərdə dövlətimizin başçısına münasibətdə nümayiş etdirilən yüksək ehtirama və hörmətə də məhz bu kontekstdən yanaşmaq lazımdır.

Fact-info.az-ın məlumatına görə bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, Zirvə görüşü çərçivəsində MDB dövlət və hökumət başçıları Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletini də izləyiblər. Tamaşa zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Prezident Vladimir Putinin yanında sağda əyləşmişdi, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana isə mühafizəçilərin arasında yer ayrılmışdı. Bu, şübhəsiz ki, ilk növbədə, siyasi tablodur, daha dəqiq desək, siyasi münasibətləri əks etdirən bir mənzərədir. Bu, Ermənistana və onun rəhbərinə layiq olduğu yerin göstərildiyini nümayiş etdirir. Azərbaycanın uzun illər boyu təmkinli və sabit davranışları nəticəsində artıq MDB çərçivəsində də “daşlar yerinə oturur”. Ermənistan isə təkcə daim istinad etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yox, həm də MDB-də təklənir və tərəfdaşlarına olan münasibətləri nəticəsində qazandığı yerə - küncə atılır. Nikol Paşinyana məhz mühafizəçilərin sırasında yer verilməsinin xüsusi bir anlamı var. Düşünürəm ki, bu təsadüfi yanaşma deyil, proseslərin bundan sonrakı inkişafının anonsunu verən bir münasibətdir.

Siyasi ekspert vurğulayıb ki, bu münasibətin formalaşmasında rol oynayan başlıca amil Azərbaycan Prezidentinin yürütdüyü siyasətdir. Zirvə görüşündə nəzərəçarpan məqamlar, sadəcə, Ermənistanın ikiüzlü, dayanıqsız, riyakar, qeyri-səmimi davranışları nəticəsində ortaya çıxan mənzərə deyil, həm də Azərbaycan Prezidentinin strateji dünyagörüşü və gərgin əməyi nəticəsində oturuşmuş geosiyasi mövqeyinin dəyərləndirilməsidir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 442

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...