SOSİAL
A- A A+

Ceyhun Hacıbəylinin varisləri Bakıda görüşlərini davam etdirib

2018-12-07 09:55:02

Görkəmli ictimasi-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri bu gün bir neçə ali məktəbdə görüş keçirib

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ceyhun Hacıbəylinin gəlini və nəvəsi, eyni zamanda, dahi bəstəkar Üzeyir Hacıbəyli nəslinin davamçıları sayılan Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli bu gün bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasını ziyarət ediblər. Burada qonaqları Akademiyanın binası ilə tanış edən prorektor Nərminə Quliyeva onlara təhsil ocağı haqqında geniş məlumat verib.

Daha sonra qonaqlar ADA Universitetində olublar. Universitetin rektoru Hafiz Paşayevlə keçirilən görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak edib. Görüşdə Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları ilə bağlı müzakirələr aparılıb. Cümhuriyyətin elan edilməsində böyük xidmətlər göstərmiş Ceyhun Hacıbəylinin Azərbaycanın tarixində oynadığı misilsiz rolu vurğulanıb. Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli görüşlərdən sonra İçərişəhərdə Azərbaycanın tarixi və mədəni abidlərini ziyarət ediblər, daha sonra Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramına qatılıblar. Qeyd edək, Ceyhun Hacıbəylinin varisləri Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Azərbaycanda səfərdədir.


Kateqoriya : SOSİAL Baxış sayı : 743

QHT və MEDİA

2020-07-09 09:25:58

QHT və MEDİA
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...

130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi ...

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...