SİYASƏT
A- A A+

Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin”

2018-12-06 20:15:49

.

Xəbər verdiyimiz kimi, dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib. Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev ATƏT PA-nın Prosedur qaydaları və iş praktikası üzrə alt Komitənin sədri, ATƏT PA-nın vitse-prezidenti lord Piter Bounesə məruzəsində ATƏT ərazisində uzanan münaqişələrin həllinin vacibliyi məsələsinə toxunduğuna görə təşəkkür edib. Lakin Azərbaycanın ərazisində mövcud olan münaqişənin məruzədə “Dağlıq Qarabağ münaqişəsi” adlandırılmasına etirazını bildirib.

Azay Quliyev deyib: “Fikrimcə Ermənistan və Azərbaycan arasında münaqişənin adında əhəmiyyətli bir düzəliş etmək kifayət qədər zəruridir. İki ölkə arasında davam edən münaqişəyə nə siyasi, nə hüquqi, nə də coğrafi baxımdan Dağlıq Qarabağ münaqişəsi demək düzgün və anlaşılan deyil. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və Ermənistan bu ərazini və Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan digər 7 ətraf rayonla birlikdə 25 ildir işğal altında saxlayır. Münaqişənin mahiyyətinə görə onu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırmaq daha doğrudur. Məhz elə bu səbəbdən münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan liderləri arasında uzun illərdir danışıqlar aparılır. Ona görə xahiş edərdim ki, bu səhv aradan qaldırılsın və ATƏT PA-nın bundan sonrakı sənədlərində münaqişə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kimi qeyd edilsin. Bu düzəliş bir çox sui-istifadələrin və siyasi manipulyasiyaların qarşısını almaq üçün də çox önəmlidir.”

ATƏT PA-nın prezidenti Corc Sereteli, ATƏT PA-nın vitse-prezidenti Lord Piter Bouness və ATƏT PA-nın Baş Katibi Roberto Montello Azay Quliyevin iradı ilə razılaşdıqlarını və bundan sonrakı sənədlərdə bu düzəlişi nəzərə alacaqlarını bildiriblər. Daha sonra ATƏT PA-nın prezidenti Nazirlər Şurasının iclasında çıxışı zamanı Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi terminindən istifadə edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 380

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-25 09:35:02

İQTİSADİ
Qeyri-neft sektorunun inkişafına dəstək ...
Qeyri-neft sektorunun inkişafına dəstək ...

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasi...

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...