QHT və MEDİA
A- A A+

ATƏT PA girovların "hamının-hamıya" prinsipi ilə azad olunması təklifini dəstəklədi

2018-12-06 11:40:15

.

Xəbər verdiyimiz kimi, dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib. İclasda Milli Məclisin deputatı, ATƏT PA-nın vitse –prezidenti Azay Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin həm Ermənistan, həm də Azərbaycan tərəfindən qeydə aldığı əsir və girovların "hamının-hamıya" prinsipi əsasında azad edilməsinə dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsü Büro üzvlərinin diqqqətinə çatdırıb.

Azay Quliyev bildirib ki, “Azərbaycanın bu təşəbbüsü çox humanist bir yanaşmadır və bu təşəbbüsün ATƏT PA tərəfindən dəstəklənməsi üçün kifayət qədər əsaslar var. Təşəbbüsün reallaşması münaqişə tərəfləri arasında müəyyən bir etimad mühitini yaratmaq və sülh danışıqlarında müsbət irəliləyişə nail olmaq üçün müsbət rol oynaya bilər. Hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanın göstərdiyi xoş məramı düzgün qiymətləndirməlidir və danışıqlar üçün yaxşı şərait yarada biləcək bu nadir şansı qaçırmamalıdır. Buna görə Prezident Tseretelini və Büro üzvlərini bu təşəbbüsü dəstəkləməyə və məsələni Assambleyanın əsas siyasi gündəmində saxlamağa çağırıram”.

Azay Quliyev həmçinin xatırladıb ki, 4 ildir qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına kömək etmək məqsədilə Parlament Assambleyasının Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Komitəsinin sədri xanım Marqareta Kiner Nellenə rəsmi məktubla müraciət edib və məsələyə insan hüquqlarının kobud şəkildə pozulması prizmasından qiymət verməyi xahiş edib. ATƏT PA-nın prezidenti Corc Sereteli Azərbaycanın bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını qeyd edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 623

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...