SOSİAL
A- A A+

"Əlillik Qüsur Deyil" kitab-albomunun təqdimatı keçirildi

2018-12-06 09:10:10

.

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkası çərçivəsində, Azərbaycan Dövlət Musiqili Teatrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəşr etdirdiyi "Əlillik Qüsur Deyil" kitab-albomunun və əlilliyi olan şəxslərin əl işlərindən ibarət hazırlanmış hədiyyələrin təqdimatı keçirilib.

Nazirlikdən verilən məlumata görə, "Əlillik Qüsur Deyil" kitab-albomunda Ümummilli lider Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi və reabilitasiyasına diqqət və qayğısından, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əlillliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları da əhatə edən nəcib və xoşməramlı layihələrindən bəhs olunub.

Kitab-albomda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sosial xidmət müəssisələrinin sakinlərinə qayğısı, onlarla keçirdiyi görüşlər də əksini tapıb. Eyni zamanda, kitab-albomda yaradıcılıq potensialına sahib olan, incəsənətin müxtəlif növləri ilə məşğul olan 60-a yaxın fiziki məhdudiyyətli insan barədə məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapır. Azərbaycan idmanı üçün yenilik olan Boccia İdman Federasiyası və boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanlar, onların uğurları, həmçinin, ilk inklüziv teatr olan ƏSA teatrı, onun əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyəti, hazırladıqları tamaşalar və s. barədə kitab-albomda məlumatlar yer alıb. 278 səhifəlik kitab-albomdakı mətnlər həm Azərbaycan, həm də ingilis dilində təqdim olunur. Kitab-albomun gələcəkdə başqa dillərdə də nəşri nəzərdə tutulub.

"Əlillik Qüsur Deyil" kitab-albomu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət tarixində nazirliyin nəzdindəki sosial müəssisələrin sakinlərinin yaradıcı fəaliyyətini, onların yaradıclıq nümunələrini kitab-albom kimi əhatə edən ilk nəşrdir. Gələcəkdə bu kitab-albom əsasında yaradıcılıqla məşğul olan əlilliyi olan şəxslərin elektron reyestrinin, daha sonra həmin reyestr əsasında onlar üçün əl işlərinin satışı portalının yaradılması da nəzərdə tutulur.


Kateqoriya : SOSİAL Baxış sayı : 135

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...