QHT və MEDİA
A- A A+

Zakir Həsənov: “Ermənistan Cənubi Qafqazda sabitliyə təhlükə yaradır”

2018-12-05 08:15:48

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, görüşdə Zakir Həsənov ölkələrimiz arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən hərbçilərimizin NATO proqramları çərçivəsində fəaliyyəti, sülhməramlılarımızın Alyansın Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı haqqında ətraflı məlumat verib. Nazir qeyd edib ki, hər iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan zabitlərimizin sayının artırılması qərara alınıb. Regiondakı hərbi-siyasi vəziyyət barədə də qonağa məlumat verən general-polkovnik Z.Həsənov Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını xüsusi vurğulayıb. L.Kuper ABŞ hökumətinin Azərbaycan ilə təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni, o cümlədən sülhməramlılarımızın peşəkarlığını yüksək dəyərləndirən L.Kuper ABŞ-ın müdafiə naziri Ceyms Mettisdən sitat gətirərək bildirib ki, “Əfqanıstanda bu gün əldə edilən uğurlar Azərbaycanın güclü dəstəyi olmadan mümkün olmazdı”. Qonaq ölkəmizin terrorizmlə mübarizədə iştirakını və sülhməramlılarımızın Əfqanıstandakı nümunəvi xidmətini də xüsusi qeyd edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri də müzakirə olunub.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 370

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-25 09:35:02

İQTİSADİ
Qeyri-neft sektorunun inkişafına dəstək ...
Qeyri-neft sektorunun inkişafına dəstək ...

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasi...

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...