MÜSAHİBƏ
A- A A+

Yaşar Aydəmirov: Azərbaycanın hərbi potensialının artması Ermənistanın hərbi-siyasi rejimini təşvişə salıb

2018-12-04 09:30:23

.

Son zamanlar Ermənistanda antirusiya ab-havasının yenidən hökm sürdüyü bir vaxtda Azərbaycanın müasir silah və hərbi texnika almaqla hərbi potensialını davamlı şəkildə artırması, həmçinin ən yeni texnologiyaların tətbiqi ilə keçirdiyi hərbi təlimlərdə ordusunun döyüş qabiliyyətini yüksəltməsi bir çox dost ölkələri sevindirsə də, Ermənistanın hərbi-siyasi rejiminin əməlli-başlı təşvişə düşməsinə və narahatlığının daha da artmasına səbəb olub.

Fact-info.az-ın məlumatına görə. bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov yeni yaradılmış “Lazarev klubu”nun Rusiyanın və Ermənistanın siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə İrəvanda keçirilən ilk iclasındakı çıxışlar zamanı səsləndirilən fikirləri AZƏRTAC-a şərh edərkən bildirib. “İclasda diqqəti cəlb edən çıxışlardan biri də MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin çıxışı olub. O, Azərbaycanın hərbi gücünün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından Ermənistandan daha üstün olduğunu qeyd edib. V.Yevseyev məhz Rusiyanın Ermənistana verdiyi “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin bu ölkəni Azərbaycanın təhdidlərindən qoruduğunu xüsusilə diqqətə çatdırıb.

Ehtiyatda olan podpolkovnik V.Yevseyev bilməlidir ki, Rusiyanın Ermənistanda yerləşdirdiyi “İsgəndər” əməliyyat-taktiki raket kompleksləri istər dəqiqlik, istərsə də dağıdıcı qüvvə baxımından Azərbaycanın Belarusdan aldığı “Polonez” yaylım atəşli reaktiv sistemlərinə bütün parametrlərdə uduzur. Bütövlükdə isə “İsgəndər” əməliyyat-taktiki raket kompleksləri köhnə olmaqla yanaşı, həm də onun hədəfin vurulmasında yüksək dəqiqlik nümayiş etdirə bilməyəcəyi ehtimalları bu silahın müasir döyüş əməliyyatlarında tətbiqini bu günədək əngəlləyir. Təbii ki, külüng və beldən başqa bir şey görməyən keçmiş hərbçi Yevseyev bunu bilməz. Əgər Ermənistan rəhbərliyi unudubsa, onlara xatırlatmaq istərdim ki, “Polonez” və “Lora”lar Azərbaycan Ordusunun üstünlüyünü təsdiq etməklə düşmən ölkənin ərazisində olan bütün hərbi və strateji obyektləri məhv etməyə qadirdir”, - deyə Y.Aydəmirov bildirib.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 319

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...