CƏMİYYƏT
A- A A+

“Ermənistanda sosial vəziyyət ağırdır” – Əflatun Amaşov

2018-11-30 16:05:54

“Ermənistanda sosial vəziyyət ağırdır”

Bunu Bakıda jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Ermənistanın paytaxtı Yerevanda keçirilən 52-ci sessiyasında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Əflatun Amaşov deyib. O qeyd edib ki, yolların kənarındakı binalardan oradakı vəziyyətin necə olduğu aydın görünürdü: “Biz, əsasən, şəhərin mərkəzində olduq. Ölkə seçki ərəfəsindədir. Hava limanından şəhərə gedərkən yollardan, yolların kənarındakı binalardan oradakı vəziyyətin necə olduğu aydın görünürdü. Bakı ilə Yerevanı müqayisə etmək düzgün deyil. Dəyişiklik, fərq çox böyükdür”.

Ə.Amaşov Yerevandakı Göy Məscidə baş çəkdiklərini də diqqətə çatdırıb: “Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyevlə fürsətdən istifadə edərək Yerevandakı Göy Məscidə baş çəkdik. Göy Məscid Azərbaycanın tarixi abidələrindən biridir. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə inşa edilib. XIX əsrin II yarısında Ermənistanda təqribən 300-ə yaxın məscid fəaliyyət göstərib. Hətta 1990-cı illərə qədər də bir sıra məscidlər fəaliyyət göstərib.

Bizim baş çəkdiyimiz Göy Məscid isə Ermənistanda olan yeganə məsciddir. 1995-ci ildən Ermənistan hökuməti ilə İran hökuməti arasında razılığa əsasən məscid İran tərəfinin maliyyəsi ilə təmir olunub. Hazırda bu məscid İranın Ermənistanda mədəniyyət mərkəzlərindən biri hesab olunur”. (trend)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 659

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...