SOSİAL
A- A A+

Azərbaycanın multikultural ənənələri İsveçrədə təqdim olundu

2018-11-30 10:35:10

.

Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı ilə bu ölkənin yeganə ikidilli ali təhsil müəssisəsi olan Friburq Universitetinin sosial elmlər fakültəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun “Azərbaycanda dövlət-din münasibətləri və dini siyasət” mövzusunda mühazirəsi dinlənilib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, Friburq Universitetinin professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri mühazirədə E.Nəcəfov auditoriyanı Azərbaycanın multikulturalizm ənənələri və bu fenomenin səbəbləri barədə məlumatlandırıb, ölkəmizdə mövcud olan müxtəlif dini icmalar, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və bu sahədə dövlət siyasətindən danışıb.

Mühazirədə qeyd edilib ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasəti, həm də xalqımızın həyat tərzidir. Azərbaycan etnik və dini zəmində münaqişənin yaşanmadığı nadir dövlətlərdən biridir. Azərbaycanda bütün dinlərə məxsus mədəniyyət abidələri qorunduğu halda, Ermənistanın işğalı altında olan torpaqlarımızda Azərbaycanın dini-mədəni abidələrinin dağıdıldığı iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, daxili siyasət kimi, multikulturalizmin Azərbaycanın xarici siyasətinə təsirinə, bu təsirin xarici siyasətimizi əməkdaşlıq və dinlərarası dialoqu təşviq etməyə yönəltdiyinə toxunulub. Bu kontekstdə auditoriyaya “Bakı Prosesi” və bu proses çərçivəsində ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər barədə məlumat verilib.

Daha sonra auditoriyanın Azərbaycanın dünyəvi dövlət ənənələri, dini icmaların fəaliyyətinin tənzimlənməsi, ölkəmizdə dini və milli kimlik anlayışları, Azərbaycanın gələcəyə baxış strategiyası, “Bakı Prosesi” çərçivəsində Ermənistan və Azərbaycan arasında barışıq təşəbbüsləri və s. barədə suallarına aydınlıq gətirilib.

Sonda Friburq Universiteti tərəfdən mühazirənin təşkilatçısı olan professor Ansqar Yödikeyə “Azərbaycan multikulturalizmi” və “Azərbaycan multikulturalizminin ədəbi qaynaqları” kitabları hədiyyə edilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 159

QHT və MEDİA

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

2019-02-16 09:25:20

QHT və MEDİA
Xocalı soyqırımının qurbanları Türkiyəni...
Xocalı soyqırımının qurbanları Türkiyəni...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri...

CƏMİYYƏT

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

2019-02-14 16:25:23

CƏMİYYƏT
Əcnəbi media Xocalıdan yazdı
Əcnəbi media Xocalıdan yazdı

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləd...

İQTİSADİ

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...

2019-02-12 20:05:39

İQTİSADİ
Qocaman neftçinin 90 illik yubileyi
Qocaman neftçinin 90 illik yubileyi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentin...