SİYASƏT
A- A A+

Dövlət Komissiyasından Dilqəm və Şahbazla bağlı məlumat

2018-11-29 21:20:31

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaq istəmədiklərini etiraf edib

Paşinyan bu etirafı Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etiraz aksiyasına münasibət bildirərkən bildirib.

“Azərbaycan tərəfi hamını hamıya dəyişdirmək barədə plan təqdim edib. Biz buna getməliyik? Bəs ölənlərin ailəsindən soruşmusunuz? Daha iki Ramil Səfərovu qaytaraqmı?”,-deyə Paşinyan bildirib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupundan Modern.az-ın sorğusuna cavab olaraq hazırda girovların azad olunması istiqamətində işlərin davam etdirildiyi bildirilib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları tərəfindən Ermənistan Respublikasının işğalında olan Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejim tərəfindən 2014-cü ildə girov götürülmüş və qeyri-qanuni məhkəmənin “hökmü” ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

2014-cü il iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altında qalan ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində “məhkəmə” qurulub.

“Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa türməsində saxlanılır. Həmin yerdə daha bir Azərbaycan vətəndaşı - Elnur Hüseynzadə də saxlanılır.


Kateqoriya : SİYASƏT Baxış sayı : 240

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...